Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə bu gün seçki olsa nəticələr necə olar? - Elan olunmamış son anket nəticələri...

Müxalifətin böyük şəhərlərdə bələdiyyələri almasına rəğmən, əsas eloktratın mövqe baxımdan olduğu yerdə qalması, etirazçılar və qərarsızlarla yanaşı, həm də “bir variant” axtaran cəmiyyət üçün faydasız bir mənzərə kimi ortaya çıxır...

Mehmet Faraç
“Yeniçağ” qəzeti, Türkiyə, 4 iyun 2021-ci il

Türk siyasəti çox qəribə bir istiqamətə doğru gedir. Fikir verirsinizsə, müxalifətin “128 milyard dollar haradadır”, sualı “on min dollar maaş alan deputat haradadır”, probleminə qədər böyüdü.
Ərdoğanın “bundan sonra hələ çox şey olacaq”, açıqlamasının hədəfində olan Meral Akşenerə qarşı Rizədəki təxribat qəzəb yaradıb. Türk siyasətinin bir hissəsi, hətta cinayət təşkilatı liderlərin etiraf və iddialarından kömək istəyəcək həddə çatıb.

Qəribədir ki, Atatürkə hücum edən bir adam din xadimi maskasına bürünərək acınacaqlı qəzəb dalğası yaratdıqda və millətin qəzəbinə tuş gəldikdə, ancaq o zaman ətrafını Atatürkün düşmənləri ilə dolduran bəzi siyasətçilər çətinliklə də olsa, reaksiya verə bildilər. Lakin o zaman da zəifliklərini nümayiş etdirməkdən qaça bilmədilər.

Bir sözlə, siyasətdə ciddi anlaşmazlıqlar baş verərkən Ərdoğanın televiziya çıxışı zamanı xarici valyuta məzənnəsindəki dəhşətli artım bir daha ölkə taleyinin bir teldən asılı olduğunu sübut etdi.

Məhz bu nöqtədə o yana, bu yana sovrulan bir ölkədə inflyasiya, işsizlik, sosial depressiyalar, bahalı yaşayış və ölkənin sərvətlərinin talan edilməsi millətin beynini və ürəyini bulandırarkən, xalqın qəzəbi artarkən bir tərəfdən müxalifət erkən seçki çağırışlarını təkrarlayır, digər tərəfdən isə AKP öz bildiyi yolla davam edir.

11%-lik etirazçı

Erkən seçki çağırışları artdıqca baş saxtakar olan və özünü anketçi kimi təqdim edən araşdırma şirkətlərinin çoxu ortaya atılır və ziddiyətli, yalançı anketlər meydana çıxarılır. Son bir neçə həftə ərzində elan edilmiş bəzi araşdırmalara baxdıqda tədqiqat mövzusunun təmtəraqdan və aldatmadan uzaq olmadığı başa düşülür. Bəs görəsən, Türkiyədə tam olaraq nə baş verir? Bu keşməkeşin içində siyasətin xalq bazasında nə qədər dəstəyi var, partiyalar hara səpələnib, seçicilər hansı xətt üzrə, nəyə qərar verməyə çalışırlar və ortaya hansı nəticələr çıxır?

12% qərarsız qalıb

Burada saxta anketlər çox tənqid olunduğu üçün və cəmiyyət həmişə bu barədə xəbərdar edildiyi üçün nəticələrin çoxuna etibar etmədiyimi dəfələrlə vurğuladım. Bununla birlikdə, ölkədə iqtisadi baxımdan heç bir qurumla əlaqəsi olmayan bəzi şirkətlər heç bir partiya tərəfindən maliyyələşdirilməyən­ araşdırmalar da aparır.

Bu tədqiqatların əksəriyyəti Türkiyədə investisiyaları olan çoxmillətli şirkətlər xaricində ictimaiyyətlə paylaşılmır.

Xarici şirkətlər üçün möhkəm, real və ciddi məlumatlar hazırlayan mühüm bir şirkətin aprel ayında olduğu kimi, may ayındakı siyasi araşdırması da əlimə keçdi. Sözügedən şirkətin əvvəlki seçkilərdə apardığı araşdırmada etimadsız bir nəticə olmadığına görə son araşdırmaları da burada əks etdirməkdə heç bir problem görmürəm.

24 may-1 iyun tarixləri arasında araşdırma üçün Türkiyə daxilində 5151 nəfər çağırılıb. 48 nəfər anketdə iştirak etmək istəməyib, 561 nəfər (təxminən 11%) səs verməyəcəyini bildirib. Bu səbəbdən, anket qiymətləndirməsi 4542 nəfər arasında aparılıb.

Hər şeydən əvvəl vurğulanmalıdır ki, sorğuda iştirak edənlərin 11%-i qəti şəkildə səs verməyəcəyini dediyi üçün şirkət yalnız səs verənlərə əsaslanaraq “etirazçılarla” bağlı məlumatı faiz qiymətləndirməsinə daxil etməyib.

Bəs o zaman səsvermə dərəcələri necə bölüşdürülür? Əvvəlcə qərarsız olan 12%-lik nisbətin paylanmasından əvvəl partiyaların səs nisbətlərini sadalayaq:

AKP 30,9, CHP 21,6, İYİ Partiyası 12,6, HDP 9,4, MHP 8,2, DEVA 2,7, Saadet 0,99, Memleket Partiyası 0,53, BBP 0,27, Gelecek Partiyası 0,18, Vatan Partiyası 0,18, digərləri isə 0,45.

Əslində, etirazçıların 11%-ni və qərarsız olan 12%-lik qrupu (ümumilikdə 23%) nəzərə alsaq, bu da Türkiyədəki siyasətin kilidləndiyini və seçicilərin hər an başqa kanallara sürüklənə biləcəyini sübut edir.

O zaman “12% nisbətindəki qərarsızlar” paylandıqda partiyaların səsləri hansı rəqəmlərə çatacaq? Nəticələr belədir:

AKP 35,11, CHP 24,55, İYİ Partiyası 14,32, HDP 10,68, MHP 9,32, DEVA 3,07, Saadet 1,13, Memleket Partiyası 0,60, BBP 0,31, Gelecek Partiyası 0,20, Vatan Partiyası 0,20, digərləri isə 0,51.

Gəlin iki məsələyə diqqət yetirək: birincisi anket keçirilərkən Vatan Partiyası yenicə qurulmuşdu. Digər tərəfdən isə həftə ərzində aparılan başqa bir sorğunun nəticələri yuxarıda qeyd etdiyimiz araşdırmaya yaxın məlumatları ortaya qoydu.

Bəs yaxşı, Cümhur İttifaqını aprel ayından bəri 46%-dən 45%-ə endirən nəticələr digər partiyalar üçün hansı mənaya gəlir? Tədqiqat şirkətinin təsbitlərinə görə, Rize hadisələri və Ərdoğanın Akşenerə reaksiyası səbəbiylə İYİ Partiyası son bir ayda səslərdə 0,76% artım əldə edib.

AKP seçiciləri epidemiya ilə bağlı qərarları məntiqli hesab etmirlər və 17 günlük qapanma səbəbi ilə narahatdırlar. “Səs verməyəcəyəm” deyənlər daha çox iqtisadiyyatın pisləşməsinə görə Türkiyənin idarə oluna bilməməsindən şikayətlənirlər. Seçicilər epidemiya yardımlarının problemi həll etmək üçün deyil, nümayiş etdirilmək istifadə olunduğunu düşünürlər.

İqtisadiyyatdan sonra “epidemiya tədbirləri” və bununla mübarizədə olan uğursuzluq, mafiyanın bu qədər geniş şəkildə hərəkət edə bilməsi, adama görə yeni qanunlar çıxarılması və təhsil sistemindəki xaos Cümhur İttifaqına pis təsir edib.

Seçicinin AKP-dən qaçmasının digər bir səbəbi də “128 milyard” məsələsidir. Araşdırmaya görə, AKP-dən qaçanlar İYİ Partiyasına və DEVA-ya gedirlər. Akşener sıra ilə MHP, AKP və CHP-dən səsləri çəkir.

Əsas müxalifətin böyük şəhərlərdə bələdiyyələri almasına rəğmən, səs baxımdan olduğu yerdə qalması isə etirazçılar və qərarsızlarla yanaşı, həm də “bir variant” axtaran cəmiyyət üçün faydasız bir mənzərə kimi ortaya çıxır. Qısaca, sabah seçki olsa, ən aparıcı qüvvə 23%-ə çatan etirazçı və qərarsız kütlədir.

Bu seçici kütləsini yoldan çıxanlar və ideologiyasından dönənlər deyil, məhz seçiciyə yeni kriteriyalar təqdim edən partiyalar özünə çəkəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar