Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədəki “Gladio” təşkilatlarının əsl hədəfi nədir?

Perinçek: “Onlar (NATO üzvləri) MHP-dəki əməliyyatları üçün uyğun bir yer tapa bilmədikləri zaman partiyanı parçaladılar”...

Gaffar Yakınca
“Aydınlık” qəzeti, Türkiyə, 3 iyun 2021-ci il

MİT-in tərkibində ABŞ-a bağlı olan bir qanad uzun müddətdir fəaliyyət göstərirdi. Maaşlarını MİT-dən, göstərişləri isə MKİ-dən alan agentlər ölkənin kəşfiyyat axınını idarə etməklə yanaşı, həm də daxili siyasi hadisələrə müdaxilə edərək respublika hökumətlərini nəzarətdə saxladılar.

“Gladio” adlanan mexanizm mahiyyətcə budur. Bir ayağı TSQ-də, bir ayağı “sivil” cəmiyyətdə, bir ayağı mediada, bir ayağı siyasətdə, bir ayağı mafiyada və bir ayağı da terror təşkilatında idi. Baş nazirləri dəyişdirmək, çevrilişlər təşkil etmək və Türkiyədə vətəndaş müharibəsi üçün məşq etmək gücünə sahib idilər.

MKİ-dən təqaüdə çıxmaq olmur

MİT-dəki Amerika aparatının ən vacib siması Mehmet Eymür idi. Saysız çirkli işlərə qarışdıqdan sonra MİT-dən təqaüdə çıxdı və ABŞ-a köçdü. Fikir verirsinizsə, MİT-dən təqaüdə çıxdığını deyirik, çünki ABŞ üçün gördüyü işlərdən ayrılmadığı məlumdur. Yaşadığı Mek Lin qəsəbəsi ABŞ-da yüksək səviyyəli bürokratların, siyasətçilərin və agentlərin yerləşdiyi bir bölgədir. Adi bir ABŞ vətəndaşına Mek Lin və Virciniya ştatının adını çəkdikdə gizli hökumət işlərinin baş verdiyi bir yer barədə danışdığınızı anlayır.

Eymür 20 ildir ki, Mek Lindəki yeni bazasından Türkiyə əleyhinə kəşfiyyat fəaliyyətlərini davam etdirir. 15 İyula qədər uzanan xəyanət prosesi zamanı da son işlərini izlədik. Ən yaxşı bildiyi iş olan yalan məlumat yaymaq və təxribat törətmək vəzifələrini layiqincə yerinə yetirdi. Türk mətbuatında ona kömək edən yalançı jurnalistlər sayəsində FETO-nun yolunu açdı və işini asanlaşdırdı.

Eymür həmin vəzifəni bu gün də davam etdirir. Əlbəttə ki, həmkarlarımızın xüsusi marağı sayəsində bunu edə bilir. Mafiya liderinin videolarından sonra “Sözcü”dən İsmail Saymaz bu MKİ tullantıları barədə bir “fikir” soruşmaq üçün gedib. Onun cavabı isə belə olub: “Bundan sonra siyasi qətllər başlayacaq”. Bu cür çirkli işlər görən bir insana edib danışdırmaq və üstəlik, “siyasi qətllər başlayacaq” kimi alçaq bir açıqlamanı manşetə vermək, sizcə jurnalistikadır, yoxsa başqa bir şey?

Eymür barədə danışmağımızın tək səbəbi bu deyil. Daha dəqiq desək, mövzumuz Eymür deyil, onun məktəbində yetişən bir simadır: İYİ Partiyasının millət vəkili Musavat Dervişoğlu.

Dervişoğlunun “etirafı”

Bir gün əvvəl siyasi tariximizdə nadir bir ifşaya şahidi olduq. Doğu Perinçek 1998-ci ildə sui-qəsd hazırlayan şəxsin Dervişoğlu olduğunu açıqladı. Bu açıqlama da elə sadə bir açıqlama deyil, İbrahim Şahinin şəxsən 2006-cı ildə yazdığı bir sənədə əsaslanır. Şahin Xüsusi Əməliyyat Departamentinin keçmiş rəhbəridir. Dervişoğlu haqqında “MİT-in işçisidir” deyib və sui-qəsdin detallarını Perinçekə verib. Daha sonra bir hesabatla qeydə alınan sənəd Ergenekon işi ilə bağlı sənəddə də yer alır. Sui-qəsdin səbəbi isə “Aydınlık”ın ABŞ-ın çirkli əməliyyatları və “Gladio” ilə bağlı barədə nəşrlərdir.

Əlbəttə ki, Şahinin Dervişoğlu üçün “MİT-in işçisidir” deməsinə aldanmayın, əslində, Eymür tipli bir “işçi”dən danışır və Müsavat bəyin MİT içində MKİ-yə işləyən bir qanadın parçası olduğunu söyləyir. Yoxsa Türkiyənin kəşfiyyat zabiti niyə bir türk siyasətçisini öldürmək istəsin ki?

Perinçek bu açıqlamanı verən kimi nəzərlər Dervişoğluna yönəldi. Müsavat bəy də “xeyr, bu bir böhtandır” və ya “elə şey ola bilməz” demədi. Ən azı o sənədi görmək belə istəmədi.

Bunların əvəzinə Perinçekə işarə edərək: “Fabrik sahibinə vəzifə veriblər”, dedi. Bu fabrik sahibi sözünün haradan gəldiyini bilirsinizmi? Mehmet Eymürün yalan məlumatlarla bəzədilmiş və çox güman ki, MKİ-nin əmri ilə yazılmış kitabındandır. Eymür Doğu Perinçek barədə danışdığı bölümün başlığını “fabrik işçisi” olaraq xarakterizə edib və Perinçeki aşağılamaq üçün ona ləqəb qoyub.

Bu vəziyyətdə Musavat Dervişoğlunun Perinçekə verdiyi cavab, demək olar ki, bir etiraf kimi görünür. “Mən belə bir işə qarışmadım”, demir, əksinə bu əsərlərin bir nömrəli təşkilatçısından “sitat” gətirməyi üstün tutur.

İYİ Partiyası bu işin harasında durur?

Cənab Perinçekin iddialarının siyasi ölçüsü cinayət ölçüsündən çox daha vacibdir. Çünki “Gladio”nun 90-cı illərdən qalan qanunsuz işləri lə İYİ Partiyası arasında birbaşa əlaqəyə işarə edir və partiyanın qurucusu Akşenerin adı da həmin dövrün qaranlıq işləri ilə birlikdə xatırlanır. Bu yeni məlumat MHP-nin parçalanmasının ABŞ/MKİ tərəfindən idarə olunan bir əməliyyat olduğu tezisini gücləndirir. Elə Perinçek də: “Onlar (NATO üzvləri) MHP-dəki əməliyyatları üçün uyğun bir yer tapa bilmədikləri zaman partiyanı parçaladılar”, deyə qeyd edib.

Bildiyiniz kimi, Türkiyədə qumar oynamaq və qumarxana işlətmək cinayət sayılır. Bu səbəbdən, qumarxanaların qapısında “qumarxana” sözü yazılmaz. Bunun əvəzinə xeyriyyə təşkilatları, idman klubları və ya hətta “siyasi partiyalar” kimi sözlərdən istifadə olunur. Eynilə “Gladio”nun heç bir təşkilatının qapısına da “Gladio” sözü yazılmır. Görək yaxın günlərdə daha nələr görəcəyik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Gladio MİT MKİ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar