Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənzillərin bahalaşma sürətinə görə ölkələrin reytinqi açıqlandı

Mənzil qiymətlərinin artım sürətinə görə ölkələr arasında Türkiyə birinci yerdədir.

“Report” xəbər verir ki, 2020-ci ilin birinci rübünün sonundan cari ilin birinci rübünün sonunadək dünyanın 56 ölkə və bölgəsindəki mənzil qiymətlərilə bağlı “Knight Frank” beynəlxalq məsləhət mərkəzinin bu gün açıqladığı hesabatına görə, qonşu ölkədə 32 faizlik bahalaşma qeydə alınıb.

Sonrakı yerləri ardıcıllıqla Yeni Zellandiya (22,1 faiz), Lüksemburq (16,6 faiz), Slovakiya (15,5 faiz), ABŞ (13,2 faiz), İsveç (13 faiz), Avstriya (12,3 faiz), Niderland (11,3 faiz), Rusiya (11,1 faiz), Norveç (10,9 faiz) tutur.

Ümumilikdə isə reytinqin əhatə etdiyi ölkə və bölgələrdə sözügedən müddət ərzində orta qiymət dəyişikliyi 7,3 faizdir. O cümlədən, 13 ölkədə qiymət artımı ikirəqəmlidir. Bu isə cari ilin birinci rübünə təsadüf edib. Cari ildə qeydə alınan bahalaşma 2006-cı ildən bu yana ən yüksək həddir.

Ekspertlərin qənaətincə, cari ilin sonunadək qiymət artımı səngiyəcək. Bunun əsas səbəbləri kimi koronavirusun yeni variantlarının ortaya çıxması, yeni peyvəndlərin hazırlanması, peyvəndləmənin ləngiməsi göstərilir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Ən çox oxunanalar