Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin və Hindistanın Baş naziri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin N. Modiyə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə dəstək ifadə edib və Hindistana təcili humanitar yardımın göndərilməsi ilə bağlı onu məlumatlandırıb.

N. Modi Rusiya Prezidentinə ölkəsinə yardıma görə təşəkkürünü bildirib.

Liderlər Hindistanda “Sputnik V” peyvəndinin qeydiyyatdan keçməsini alqışlayıblar və onun yüksək səmərəliliyini və təhlükəsizliyini qeyd ediblər.

Rusiya Birbaşa İnvestisiyalar Fondunun xətti əsasında Hindistan şirkətləri ilə 850 milyon doza “Sputnik V” peyvəndinin istehsalı barədə razılıqdan məmnunluq ifadə olunub.

Qeyd edək ki, bu gün Rusiya FHN-in təyyarəsi ilə 22 tondan çox müvafiq vasitələr, 20 ədəd oksigen aparatı, 75 süni nəfəs aparatı, 150 tibbi monitor və 200 min qutu dərman preparatları Hindistana göndəriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar