Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər yenə də  israrla sülhdən imtina edir? - Revanşizm Ermənistanı və Cənubi Qafqazı hara sürükləyir?..

Rusiyadan, ya da ABŞ və Farnsadan ala biləcəyi siyasi və hərbi yardımla Ermənistan yenidən torpaqlarımızı işğal edə bilər?..

Tofiq Zülfüqarov: “Ermənistanın sülhdən israrla imtina etməsinə səbəb demək çətindir. Çünki indi Ermənistanın əsas siyasi gündəmi növbədənkənar keçiriləcək parlament seçkiləridir”.

“Artıq ermənilər dərk etməlidir ki, Ermənistan-Azərbaycan əlaqələrində post-konflikt dövr başlanıb. Bu baxımdan da dövrə aid siyasi hadisələr baş verməlidir”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın yenə də israrla sülhdən imtina etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Mayın ilk günlərində Moskvada Avropa Şurasının himayəsi altında AzərbaycanErmənistan ictimaiyyəti nümayəndələrinin 44 günlük Qarabağ müharibəsinin başa çatmasından sonra ilk görüşü baş tutmalıydı.

Bu, çoxdan gözlənilən hadisə olmalıydı, çünki son illər həm Rusiya xarici işlər naziri, həm Minsk Qrupunun həmsədrləri, həm avropalı siyasətçilər və diplomatlar iki ölkə arasında xalq diplomatiyasının, qarşılıqlı etimadın yaranmasının vacibliyi haqda danışırdılar.

Lakin məlum olub ki, görüşün baş tutmasına sayılı günlər qalmış Ermənistan bu sülhməramlı təşəbbüsdən imtina edib. Rusiya xarici işlər nazirinin Ermənistanın bu hərəkətinə reaksiyası məlum deyil, Strasburq da susur.

Hansı ki, Moskvada iki ölkədən olan yaradıcı ziyalılar iki xalqın gələcək birgəyaşayışının modelini axtaracaqdılar. Axı ikinci Qarabağ müharibəsi başa çatsa da, regionda yekun sülh əldə edilməyib, xalqlar arasında sülhün necə qurulacağı indi başlıca mövzudur. Ermənistanda isə davamlı olaraq bu məsələni müzakirə etməkdən yayınırdılar.

Xalq diplomatiyası Qarabağ məsələsində əslində yenilik deyil. Belə təşəbbüslər həm 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonrakı illərdə, həm daha sonra-2000-ci illərin əvvəllərində irəli sürülüb və həyata keçirilib. Amma gözlənilən nəticəni verməyib və daha sonra ümumiyyətlə dayandırılıb.

Maraqlı olan isə odur ki, 6 ay əvvəl Ermənistan Azərbaycan ordusunun qarşısında kaputuyasiya etsə də, Ermənistanda sülh haqqında heç kim danışmır. Ümumiyyətlə Ermənistanda Azərbaycanla sülhdən danışanları “xain” elan edirlər. Və bu tendensiyanın aparıcı güc lokomotivi də məhz erməni “ziyalılarıdır”. O erməni “ziyalıları” ki, erməni kilsəsi ilə birlikdə Cənubu Qafqaqzda sülhə nail olmağın qarşısında duran faşist ideologiyanın qaynağıdır.

Yəni görünən odur ki, Ermənistanın yenə də israrla sülhdən imtina edir. Bəs bu israrın arxasında hansı məqsədlər dayana bilər? Həmçinin Rusiyadan, ya da ABŞ və Farnsadan ala biləcəyi siyasi və hərbi yardımla Ermənistanın yenidən torpaqlarımızı işğal edə bilməsinə ehtimal vermək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabiq xarici işlər naziri Tofiq Zülfüqarova müraciət edib.

Tofiq Zülfüqarov: “İndi hamı başa düşür ki, indiki vəziyyətdə Ermənistana hərbi köməkdən daha çox, iqtisadi kömək lazımdır”.

Azərbaycanın işğaldan azad etdiyi əraziləri yenidən Ermənistanın işğal edəcəyi kimi populist çıxışların ancaq Ermənistanın daxilində baş verə biləcəyini proqnoz edən sabiq nazir PİA.az-a bildirib ki, bütüb hallarda buna heç kim inannmır. Hət ta ermənilər özü belə. Sabiq xarici işlər naziri qeyd edib ki, bir il bundan əvvəl Ermənistan özünü elə aparırdı ki, guya müharibə başlasa Azərbaycanın qalan torpaqlarını da işğal edəcəklər. Amma reallıq onları yerində oturtdu:

Ermənistanın sülhdən israrla imtina etməsinə səbəb demək çətindir. Çünki indi Ermənistanın əsas siyasi gündəmi növbədənkənar keçiriləcək parlament seçkiləridir. Buna görə də ermənilər bütün siyasi ritorikanı seçkilərə verib.

Düşünürəm ki, artıq ermənilər dərk etməlidir ki, Ermənistan-Azərbaycan əlaqələrində post-konflikt dövr başlanıb. Bu baxımdan da dövrə aid siyasi hadisələr baş verməlidir. Reallığı ermənilər qəbul etməlidirlər. Amma görünür ki, onlar hələ reallıqları qəbul etmək istəmirlər.

Tofiq Zülfüqarov: “Ermənilər istər-istəməz yeni reallığı qəbul edəcəklər. Bu reallıq isə bölgədə iqtisadi əməkdaşlığı və ictimai balansı təmin edən ədalətli sülhün artıq regiona gəlməsini tələb edir”.

Mən heç vaxt görməmişəm ki, ermənilərə kimsə hərbi kömək vəd etsin. Həmçinin də indi hamı başa düşür ki, indiki vəziyyətdə Ermənistana hərbi köməkdən daha çox, iqtisadi kömək lazımdır.

Ola bilər ki, Azərbaycanın işğaldan azad etdiyi əraziləri yenidən Ermənistanın işğal edəcəyi kimi populist çıxışlar Ermənistanın daxilində səsləndirilsin. Amma reallıq odur ki, artıq buna heç kim inanmır. Hətta ermənilər belə. Bir il bundan əvvəl Ermənistan özünü elə aparırdı ki, guya müharibə başlasa Azərbaycanın qalan torpaqlarını da işğal edəcəklər. Amma reallıq onları yerində oturtdu. Ermənilər istər-istəməz yeni reallığı qəbul edəcəklər. Bu reallıq isə bölgədə iqtisadi əməkdaşlığı və ictimai balansı təmin edən ədalətli sülhün artıq regiona gəlməsini tələb edir və fikrimcə zamanla ermənilər də bu reallığı da qəbul edəcəklər. Rasional düşünən və Ermənistanın gələcəyinə praqmatik baxan ermənilər də bu reallığı çox yaxşı anlayırlar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar