Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalada iki məktəbliyə təcavüz edilib? - DİN-dən açıqlama

Neftçalada iki məktəblinin bir neçə şəxs tərəfindən zorlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi özünə məxsus səhifədə məlumat paylaşaraq iddia edib ki, Neftçala rayonunda 2 azyaşlı qıza qarşı təcavüz olub: "Bununla bağlı bildiririk ki, iddia əsassızdır və qərəzdən irəli gəlir. Qeyd edirik ki, rayonun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102 - Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib. Dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib, izahatı alınıb. Lakin o, qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü bildirib. Buna baxmayaraq, vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılaraq toplanmış materiallar rayon prokurorluğuna göndərilib".

Z.Hüseynov qeyd edib ki, V.Nağının iddia etdiyi ikinci halla bağlı isə bu günə qədər Rayon polis Şöbəsinə heç bir şikayət daxil olmayıb. Amma bununla belə o iddia da hazırda araşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar