Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət kasıbları taksi sürücüsünə necə və niyə çevirir?

“İctimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının pandemiya ilə birbaşa əlaqəsi yoxdur, bu, iqtisadi maraqlara xidmət edir”.

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O bildirib ki, hazırda kütləvi işsizliyin mövcudluğu şəraitində taksi fəaliyyəti hər kəs üçün, hətta işləyərək aldığı maaşdan narazı olanlar üçün əlçatandır, “iş yeri” və “qazanc” mənbəyidir:

“Odur ki, taksi xidməti Azərbaycanda yeganə rəqabətli bazardır, Azərbaycan hakimiyyəti orada monopoliya yaratmağa tələsmir. Çünki iş axtarmaqdan yorulan hər kəs həyatda qalmağın yeganə yolunu maşın alıb və ya icarəyə götürüb, taksi xidməti göstərməkdə görür.

Diqqət edin, görün, nəticədə nələr baş verir:

1. Ölkəyə avtomobil idxalı artır. Gömrük rüsumlarını, aksiz və əlavə dəyər vergisindən büdcəyə daxilolmalar çoxalır. Hakimiyyət də fikirləşir ki, əgər avtomobil idxalı hər il artırsa, onda idxal gömrük rüsumlarını, aksizləri bir az da qaldırmaq lazımdır.

2. Hər gün müştəri axtarmaq adı ilə dayanmadan hərəkət edən sürücülər qazandıqlarının 90 faizini benzinə xərcləyir. SOCAR da təklif verir ki, benzinin qiyməti bahalaşdırmaq lazımdır, çünki tələbat ildən-ilə artır.

3. Taksi sürücüləri minik avtomobilləri ilə sərnişin daşınmaq üçün xüsusi razılıq (lisenziya), “fərqlənmə nişanı” almaq üçün “ASAN xidmət” mərkəzlərinə gedir, xidmət haqqı və rüsum ödəyir.

4. Taksi sürücüləri Yol Polislərinə cərimə ödəyib, onların planı doldurmasına töhfə verirlər.

5. 2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcəsindən ayrılacaq 39,2 milyon manat vəsait xərcləməmiş qalır.
Nəhayət, işsizlər gündə 10-12 saat taksi xidməti göstərib, idarə etdiyi maşının amortizasiya xərclərini nəzərə almadan qazandığı vəsaitlə benzin pulunu ödəyəndən sonra ona qalan qəpik-quruşla çörək alaraq evinə gedir, ailəliklə şükür edib, “dolanır””.

Ekspertin sözlərinə görə, taksi xidmətinin fəaliyyətinin pandemiya dövründə stimullaşdırılması hakimiyyət üçün yalnız qazanc deyil, həm də siyasi məsələsidir: “Taksi xidməti bu hakimiyyət üçün artıq sosial sabitləşdirici funksiyaya çevrilib”.

pia.az 


Etiket: Taksi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Ən çox oxunanalar