Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyevə sui-qəsdlə bağlı istintaq təzələndi: "Bəzi şəxslərin..."

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqı təzələnib. Hakim bu dəyişikliyi yeni dindirmələrə ehtiyac olması ilə izah edib.

Bu iş üzrə məhkəmə araşdırmaları 10 gün öncə tamamlanmışdı, martın 16-da prokuror çıxış edib, sui-qəsddə suçlanan Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara cəza istəməliydi.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Əfqan Hacıyev bildirib ki, bəzi şəxslərin dindirilməsi zəruridir, ona görə də istintaq təzələnir.

Təqsirləndirilən 12 nəfərdən ikisi – Anar Bağırov və Ağa Sərxani 2018-ci ilin yayında saxlanılarkən hüquq-mühafizə orqanları tərəfindən öldürülüb. Məhkəmədə onların hüquqi varisi qismində ailə üzvləri iştirak edir.

Martın 16-da məhkəmədə dindirilən polis əməkdaşı Elçin Süleymanov mərhum Bağırovun necə öldürüldüyü haqda danışıb. Şahid polis bildirib ki, ev sahibinə fotonu göstərib onun evdə olduğunu dəqiqləşdiriblər. Bağırov qapını açan kimi "Allahu Əkbər" deyərək odlu silahdan atəş açıb. Süleymanovun sözlərinə görə, cavab atəşi ilə onu xüsusi təyinatlılar öldürüb.

Məhkəmədə Bağırovun hüquqi varisi qismində bacısı Aynurə Bağırova tanınıb. O isə qardaşının günahsız olduğunu deyir.

Onun sözlərinə görə, qardaşının silahlı müqavimət göstərməsi haqda deyilənlər yalandır. Sadəcə, onun qətlə yetirilməsinə haqq qazandırmaq üçün bu yalan uydurulub.

Məhkəmədə hakim Əfqan Hacıyev keçmiş icra başçısının anlaqsız olması barədə daha bir həkim rəyini elan edib. Hakim bildirib ki, təqsirləndirilən şəxslər və onların vəkillərinin E.Vəliyevin dindirilməsində israrını nəzərə alaraq, növbəti məhkəmə iclasına qədər onun gətirilməsinin mümkünlüyü məsələsini bir daha müzakirə edəcəklər. Növbəti məhkəmə iclası martın 30-na təyin edilib.

Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

KİV: Rusiya ordusunun 5000 nəfərədək şəxsi heyəti Ukraynadan çıxarılıb

Ən çox oxunanalar