Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Məhkəməsində Azərbaycan əleyhinə yeni qərarlar

Siyasi məsələlərlə bağlı şikayətləri başa düşmək olar, amma xuliqanlıq, mülkiyyət araşdırmaları niyə Bakıda öz ədalətli həllini tapmasın?
Martın 11-də Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan göndərilmiş şikayətlər üzrə qərarlar elan edəcəyi gözlənilirdi. İşlərə baxdıqca isə haqlı sual ortaya çıxır: Azərbaycan məhkəmələri bu işlərin niyə Avropa Məhkəməsinin icraatına getməsinə şərait yaradıblar?  Məsələn, hətta xuliqanlıqla bağlı məhkəmə qərarından narazılıq son nəticədə Avropa Məhkəməsinin baxış predmetinə çevrilib. Azərbaycan bu səbəbdən şikayətlərə görə ilk beşlikdədir. Siyasi məsələlərlə bağlı şikayətləri haradasa başa düşmək olar, amma xuliqanlıq və torpaq, mülkiyyət araşdırmaları niyə Bakıda öz ədalətli həllini tapmasın?

Tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat” a deyib ki, ilk növbədə ədalətli məhkəmə araşdırması hüququ kağız üzərində deyil, reallıqda təmin edilməlidir: “İlk növbədə hakimlərin müstəqilliyi təmin edilməlidir. Digər məqam da odur ki, bu işlərdə əsas yük yuxarı məhkəmə instansiyalarının üzərinə düşür. Çünki yuxarı instansiya aşağı instansiya məhkəmələrinin səhvlərini düzəltmək üçün yaradılıb. Bunlar baş vermədiyinə görə illərdir ki, problemlər çözülmür. Məhkəmələrin bu şəkildə fəaliyyəti ümumilikdə bütün ölkəyə çox ciddi ziyan vurur. Məhkəmələrin ədalətsiz, qanunlardan kənar qərarlarından  biznes mühiti də olduqca ağır zərbələr alır. Bu da ölkədə iş yerlərinin açılmasına, bizneslərin böyüməsinə əngəllər yaradır. Aydın məsələdir ki, iş adamları məhkəmə sistemi ədalətli olan, qanunlarla çalışan ölkələrə yatırım etməyə üstünlük verirlər. Arxayındırlar ki, hər hansı bir problem yaranacağı təqdirdə məhkəmələrdən ədalətli qərar alacaqlar. Ölkəmizin inkişafı məhkəmə sisteminin qaydalar deyil, qanunlar əsasında çalışmasına bağlıdır”.

Cavad Cavadov

Vəkil deyir ki, Azərbaycan məhkəmələrinin dəyişməsi üçün ortaya çox ciddi siyasi iradə qoyulmalıdır: “Hakimlərə təzyiq imkanları sıfıra endirilməlidir. Onlara zəng edib təzyiq edən hər bir şəxs tutduğu vəzifədən asılı olmayaraq ən sərt şəkildə cəzalandırılmalıdır. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət gücləndirilməlidir. Azərbaycanda hər bir sahədə islahat yuxarıdan aşağıda doğru aparılır. Məhkəmələrlə bağlı da ciddi islahatlara ehtiyac var. Belə davam edəcəksə, bu gün ölkəmizin əleyhinə çıxarılan qərarların sayı hər ötən gün daha artıq olacaq. Yuxarıdan deyilməlidir ki, düz işləyin. Bu cür göstəriş olmayacaqsa, məhkəmələr dəyişməyəcək. Məhkəmələr yükün altına tək girə bilməyəcək. Bu gün məhkəmələrdə durum məşhur deyimdəki kimidir: ”Xəstə olanda mollanın yanına gedirik. Bəs molla xəstə olsa, kimin yanına getsin?""

Tanınmış vəkil Elçin Sadıqov da həmkarının hakimlərin  müstəqilliyinin təmin edilməsi ilə bağlı fikirləri ilə razıdır. O  deyib ki, hakimlərin hüquqa uyğun qərarlar qəbul etməsi müstəqilliklərindən keçir:  “Hakimlərin müstəqilliyi təmin ediləndən sonra onlar vətəndaşların əleyhinə qərarlar verməyəcəklər. İcra hakimiyyəti və yaxud qanunverici orqandan hər hansı bir çəkinmələri olmayacaq. Problemin əsas hissəsi də bu şəkildə həll edilə bilər”.

Vəkil düşünür ki, Azərbaycan məhkəmələrinin hakimləri Avropa İnsan Haqları Konvensiyası ilə bağlı maarifləndirilməlidirlər: “Bu çox önəmli məsələdir. Müstəqillik təmin ediləndən sonra maarifləndirmə yolu ilə hakimlərin Avropa standartlarını tətbiq etməsini də həyata keçirmək olar. Bu gün bəzi hakimlər Avropa məhkəmələrinin qərarlarına istinad edirlər. Hiss olunur ki, hakimlər eyni hissədə istinad edirlər, bu da tamamilə yanlış bir mövqedir. Hakimlər daima öz üzərilərində işləməlidirlər”.

Vəkil deyir ki, bu gün Azərbaycan hakimləri icra hakimiyyətlərindən, məhkəmə sədrlərindən asılı vəziyyətdədirlər: “Bu gün Azərbaycan məhkəmələrində məruzə sistemi var. Bu cür praktika heç bir Avropa dövlətində yoxdur. Hakim düşündüyü, qanunlara müvafiq qərar verməlidir. Təəssüf ki, Azərbaycanda hakimlər qərar verməzdən əvvəl vəzifədə qalmasını düşünməli olur. Hesab edirəm ki, hakimlərin müstəqilliyi təmin edilməyincə, Azərbaycan məhkəmələrində durum dəyişməyəcək”.

Vəkil Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin hiss edilmədiyini də bildirib: “Məhkəmə-Hüquq Şurası vətəndaşların müraciətləri ilə bağlı hər hansı bir əhəmiyyətli araşdırma aparmır”.

Elçin Sadıqov 

Elçin Sadıqov hakimlərin müddətsiz seçilməsinin tərəfdarıdır. Deyir ki, bu halda hakimlərin işdən çıxarılmaq qorxusu olmayacaq: “Bu gün Azərbaycanda tətbiq olunan sistem elədir ki, hakimlər daim asılı vəziyyətdədirlər. Onlardan tələb edilən qərarı verməyəcəkləri təqdirdə, yenidən seçilməyəcəkləri problemi yaranır. Azərbaycanda hakimlərin fəaliyyəti qiymətləndirilir və bu qiymətləndirmə əsas götürülərək hakimin fəaliyyətinə xitam verilir. Heç bir hakim də bilmir ki, fəaliyyətinə nə vaxt xitam veriləcək. Bu absurd bir yanaşmadır. Məhkəmə-Hüquq Şurası tamamilə icra hakimiyyətindən formalaşmış qurumdur, rəhbəri də icra hakimiyyətinin nümayəndəsidir və onlar məhkəmələrin fəaliyyətini qiymətləndirirlər. Düşünürəm ki, bu, tamamilə yolverilməz sistemdir. Nəticəsi də göz qabağındadır”.

Əliməmməd Nuriyev 

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, bəzi problemlər olsa da, Azərbaycanda məhkəmə-hüquq islahatları davam edir: “Bir çox hakimlərin fəaliyyətlərində qüsurların qalması hələ də davam edir. Məhkəmə sisteminin müstəqilliyi çox vacibdir. Bu müstəqilliyin təmin olunması üçün də ədalətli qərarların qəbulu, ölkədə sosial ədalətin təmin edilməsi olduqca vacibdir. Məhkəmə hakimiyyəti hakimiyyətin qollarından biridir.  Digər hakimiyyət qollarının səhvlərinin aşkar edilməsi məhz məhkəmə hakimiyyətinin səlahiyyətləri çərçivəsindədir. İşlərə baxarkən qanunazidd hərəkətlər üzə çıxan kimi buna müvafiq addımlar atırlar. Bu baxımdan məhkəmə hakimiyyətinin məsuliyyəti daha böyükdür. Mübahisələrin sonuncu həlli məhkəmə hakimiyyətidir. Son illərdə bu hakimiyyət ciddi tənqid obyektlərindən biri olub. Məhkəmə-Hüquq Şurasının son illərdə apardığı fəaliyyət məhkəmə hakimiyyətinin müstəqil olmasına, ədalətsiz qərarların qəbul edilməməsinə, məhkəmə sisteminin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə ciddi töhfələr verib. Bütün bunlar elə həyata keçirilir ki, məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gəlməsin”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Ən çox oxunanalar