Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Psixoloq: “İntihar çıxış yolu deyil, təəssüf ki, insanlar bu yolu şüurlu şəkildə seçir”

Təəssüf ki, son günlər intiharların sayı artıb. İnsan psixologiyasının zəiflədiyi bir anda bəzi şəxslər səhvən intiharı çıxış yolu kimi görürlər. Qaradağda baş verən hadisədə iki qızın hündür binadan özlərini ataraq intihar etmələri isə faciədir.

Bu sözləri psixoloq Təranə Kazımlı Oxu.Az-a son günlər intihar faktlarının artmasına cəmiyyətin təsiri barədə danışarkən bildirib.

Psixoloqun sözlərinə görə, qadınlar əksər hallarda hündürlükdən qorxurlar, hündürlük fobiyası olan insanlar da az deyil:

“Təəssüf ki, intihar üçün hündürlüyü seçən insanlar bunu şüurlu şəkildə edirlər. Onlar başa düşür ki, bu hündürlükdən yıxıldıqda sağ qalma şansları olmayacaq. İnsan psixologiyası individualdır. İllərdir biz hər yaşda olan uşaqlarla çalışırıq. Lakin müşahidələrimiz zamanı uşaqların erkən yaşda aldıqları travma səbəbindən yeniyetməlik dövründə intihara cəhd etdiklərini görürük. Bəzən bu intiharlara cəhd etdikdə onlar kiminsə diqqətini çəkməyə çalışır.

Valideynlərin, müəllimlərin diqqətini bir məsələyə çəkmək istəyirəm ki, uşaqların özünə inamı aşağı olduqda intihara meyil edirlər. Uğur qazanmaq istəyib nail ola bilməyəndə, kimlərinsə etdiklərini bacaramayanda özlərini yararsız hiss edirlər. Təbii ki, bu bir anda baş vermir. Nəticədə son yol kimi intiharı seçirlər. Ancaq bu, düzgün yol deyil”.

İnsanın psixoloji cəhətdən gücsüz olmasının intihara meyil üçün şüuraltında zəmin yaratdığını deyən psixoloq onu da əlavə edib ki, insanlar istəklərini dilə gətirə bilmədikcə isterik tutmalar yaşayırlar:

“Bəzən insan ürəyindəki istəyi, etirazı yaxınına belə deməyə çəkinir. Bu isə insanlarda psixoloji, isterik tutmalar və s. problemlər yaradır. Biz fiziki sağlamlığa diqqət edirik, lakin psixoloji, mənəvi, ruhun sağlamlığını diqqətdən kənarda qoyuruq. Çox danışan insanlar özünü bir yolla ifadə edir, qəzəblə içindəki stresi ata bilir. Lakin susqun insanlar daha təhlükəlidir. Sakit, fağır deyib, keçmək olmaz. Bu insanlar daha çox intihara meyilli olurlar, çünki hisslərini, duyğularını ifadə edə bilmirlər, istəsələr də, ətraflarında danışacaq insanlar tapa bilmirlər. Əvvəlki dövrlərdə insanlar böyüklərdən məsləhət alırdı. Amma bu gün heç kim dərdini, sirrini kiməsə deyib məsləhət ala bilmir ki, qınaq obyekti olacaq”.

“25-30 il qabaq sosial şəbəkə, internet oyunları yox idi. Bu gün isə sosial şəbəkələr, internet oyunlarının həyatımıza təsiri çox böyükdür. İntiharlara son verilməsi üçün cəmiyyətin üzərinə böyük yük düşür. Nəzərə almaq lazımdır ki, pandemiya dövrünü yaşayırıq, müharibə dövrü keçmişik. Psixoloji vəziyyətdən yorğun olan insanlar çoxdur. Nəzərə almaq lazımdır ki, onlar özlərinə qapandıqda cavab tapa bilməyəcəklər. Danışaraq, bir-birimizi dinləyərək problemləri həll edə bilərik. İntihar çıxış yolu deyil”, - deyə Təranə Kazımlı sonda qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar