Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sovetski” sakinləri etiraz aksiyası keçirdi - Video

Keçmiş “Sovetski” küçəsinin sakinləri martın 9-da Yasamal rayon İcra Hakimiyyətinin binası qarşısında toplaşaraq növbəti etiraz aksiyası keçiriblər.

Onlar 2014-cü ildə evləri sökülərkən verilmiş ədalətsiz kompensasiyalardan şikayət edirlər. Etirazçılar bildirirlər ki, onları evlərindən polis çıxarıb və hər bir mənzil üçün cəmi 28-28 min manat ödəniş edilib.

Sakinlərdən birinin sözlərinə görə, mənzilinin sahəsi 160 kv m təşkil etdiyi halda ona 142 kv m üçün ödəniş ediblər. Sakinlər onlara ayrılmış pulla mənzil ala bilmədiklərini iddia edirlər.

Rayon icra hakimiyyəti etirazçıların 4 nümayəndəsini qəbul edib.

“Sovetski”nin sökülməsi 2014-cü ildə başlayıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti bir çox hallarda sakinlərlə əldə edilmiş razılığa əsasən sökülüb.

İkinci mərhələdə isə 1 920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işləri təqribən 13 hektar ərazini əhatə edib.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrat metrə 1500 manat ödənilib) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr olub. Onlar müxtəlif dövrlərdə aksiyalar keçiriblər. Bununla bağlı bir sıra şikayətlər artıq Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Ən çox oxunanalar