Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin dekabr ayının 31-dən Avropaya ixrac edilən Azərbaycan qazının həcmi 35 milyard kubmetri ötüb...

Poliqon bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

“Kəmər istismara verildiyi vaxtdan mayın 1-dək TAP ilə 35 milyard kubmetrdən çox qaz Avropaya nəql edilib. TAP vasitəsilə qaz Yunanıstan, Bolqarıstan, İtaliya, Macarıstan, Rumıniya və Serbiyaya çatdırılıb”, - şirkət qeyd edib.

Bildirilib ki, qaz kəmərinin marşrutu və dizaynı gələcəkdə qazın Cənub-Şərqi, Mərkəzi və Qərbi Avropanın müxtəlif istiqamətlərinə tədarük edilməsinə imkan verəcək.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Poliqon.info


Etiket: SOCAR TAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

Ötən gün 38 kq-a yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ən çox oxunanalar