Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhməramlıların keşişinin separatçıların yürüşündə nə işi var?..

33 il bundan əvvəl - 20 fevral günü Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan SSR-ə birləşmə haqqında qərar qəbul edəndən sonra, separatçılar hər il bu tarixi dirçəliş günü kimi yürüşlə qeyd edirlər. 33 ildə ilk dəfədir ki, yürüş şənliklə deyil, matəm mərasimi kimi müharibədə ölənlərin qəbirlərini ziyarətlə, xatirə kompleksinin qarşısına gül qoymaqla bitib. 

Amma, açığını deyək ki, bu anım yürüşünün özü Azərbaycan xalqında əsəb doğurmaya bilməz. Keçən il bu günü azərbaycanlılar bəlkə də unutmuşdular. Amma, indi Azərbaycan əsgərinin canı-qanı bahasına Qarabağ torpaqları azad edildikdən sonra, Xankəndinin, Xocalının “bir nəfəs qədər” yaxın olduğu bir zamanda, cəmiyyət separatçı rejimin Xankəndində kabinet iclasından tutmuş, küçə yürüşünədək olan tədbirlərinə, hərəkətlərinə daha həssas, daha doğrusu əsəblə yanaşır. Yürüşdə bir kilometrədək erməni bayrağını əllərində küçə boyu daşıyan gənclərin, separatçı rejimin Araik Arutunyan, Viktor Balasanyan kimi cinayətkar rəhbərlərinin, din xadimlərinin sükutla, matəm əhval-ruhiyyəsində olmasına baxmayaraq, təntənəli və çoxsaylı yürüş təşkil etmələrinə biganə qalmaq mümkün deyil. Bu, sadəcə anım günü deyil, adi yürüş deyil, bu, məğlub tərəfin ayaqlanması, dirçəlməsi, bizə meydan oxumasıdır. 10 noyabr atəşkəsindən bəri bizim sükutumuzun və havadarları sülhməramlıların dəstəyi sayəsində, separatçılar dirçəlirlər. Bu dirçəliş, psixoloji cəhətdən onları bizə qarşı daha aqressiv edir və müstəqil olmaq düşüncələrini möhkəmlədir. 

Və bu yürüşün bir maraqlı iştirakçısı da olub. Yürüşün ön cərgəsində, əlində qərənfil Rusiya sülhməramlıların keşişi də sülhməramlı qüvvələrin formasında hamıdan qabaqdadır. Budurmu Rusiya sülhməramlılarının neytrallığı? Budurmu erməni bayrağının altında Azərbaycan ərazisində sülhü qorumaq? Xocalıları qətliam etmişlərlə, Gəncəyə, Bərdəyə raket atmağın əmrini vermiş bir cani ilə bərabər tədbirə qatılmaqdırmı sülhməramlılıq? Onlarla bir cərgədə dayanmaqdırmı sülhməramlılıq?

Bütün bunlar, Azərbaycanın bu üç aydan çox müddətdə Dağlıq Qarabağın işğalda olan ərazilərimizlə əlaqədar heç bir mövqe bildirməməsinin nəticəsidir. Bu cür vəziyyət, indiki status-kvo təbii ki, daha çox ermənilərə və sülhməramlılara sərf edir. 27 illik dəyişməz status-kvo təcrübəsini bir dəfə yaşayıblar. İndi də vaxt uzatmağa, separatçıların məğlubiyyətdən sonra psixoloji gərginliklərini aradan qaldırmağa xidmət edən bir durum yaşanır. Bu durumun uzanan hər günü bizim əleyhimizədir.

Sabah Minsk Qrupu da gəlib status məsələsini ortaya atanda Rusiya da onlarla razılaşacaq, bizə də deyəcək ki, “məsələ tək bizlik deyil”. O zaman arxa planda verdikləri vəddən rahat qurtulacaqlar. Guya bizimlə də münasibəti pozmayacaqlar, ermənilərlə də. Əslində isə, yenə də pis vəziyyətə biz düşmüş olacağıq.

Yürüşdən də görünür ki, Xankəndində erməni əhali heç də qocalardan ibarət deyil və xüsusi çətinlik çəkənə də oxşamırlar. Sülhməramlı keşişin duaları, Rusiya Federasiyasının da xeyir-duası ilə Xankəndində çoxalırlar və “mini dövlət” statusu ilə qarşımıza çıxmaq üçün bütün daxili və beynəlxalq vasitələrdən istifadə edirlər. 

Bizim Dağlıq Qarabağ torpaqlarına qayıtmağımızın xeyir-duasını kim verəcək?

İlham İsmayıl, təhlükəsizlik üzrə ekspert

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar