Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özü-özünü yeyən sistem: Amerika necə üçüncü dünya ölkəsinə çevrildi?..

Mövcud Amerika sistemi fərdləri deyil, yalnız şirkətləri qoruyur. Buna görə də qar yağanda Avropadan sevincli fotoşəkillər, Amerikadan isə ölüm xəbərləri gəlir...

Oray Eğin
“Habertürk” qəzeti, Türkiyə, 18 fevral 2021-ci il

Bir-iki gün əvvəl ABŞ-ın ən zəngin ştatlarından biri olan Texasa qar yağıb və bütün həyat dayanıb. Elektrik enerjisi kəsilib, evlər soyuyub, yollar bağlanıb, təyyarə uçuşıarı ləğv edilib, bir neçə açıq dükan talan edilib və borular donub qaldığı üçün evlərə su verilməyib. Bu ştatda nəinki qar yağışı, hətta havanın mənfiyə düşməsi belə gözlənilmədiyi üçün bir çox insanın havaya uyğun paltarları, hətta paltoları belə yoxdur. Sonuncu dəfə 1800-cü illərin sonlarında görülən bu soyuq hava dalğasına görə 33 nəfər həyatını itirib. Ölənlərin yarısı Texasdandır.

Bu il qış qeyri-adi şəkildə bütün dünyanı vurdu. Ancaq Amsterdamda donan kanallarda buzda sürüşərkən suya düşənlərin əyləncəli əyləncəli videoları, Berlindən donmuş göldə buz xokkeyi oynayanların fotoları sosial şəbəkələrdə paylaşılır. ABŞ-da adi bir qar yağışı belə təbii fəlakətə, zəlzələyə və tornadoya bənzəyir. Hər keçən il dünyanın ən inkişaf etmiş ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə apara bilməyəcəyi daha çox aydın olur.

Şirkətlərin maraqları

Yalnız təbii fəlakətlər deyil, həm də Covid-19 pandemiyasında yaranan qarışıqlıq və hətta peyvəndlərin paylanması prosesi Amerikanın dünyadan geri qaldığını göstərir. Başqa ölkələrdə çox asanlıqla həll edilə bilən məsələlər, ABŞ-da sürətlə böhrana çevrilir və vaxtında tədbirlər görülmədiyi üçün qısa müddətdə qarşısı alına bilmir. Təxminən 500.000 insanın virusdan ölməsi adi hal deyildi, ancaq peyvəndin paylanmasını hələ də düzgün şəkildə idarə etməyən bir ölkə üçün heç də təəccüblü deyil.

Bir vaxtlar tunelləri, bəndləri, hava yolları və dəmir şəbəkələri ilə, infrastrukturu ilə öyünən ABŞ-da uzun müddətdir iki kərpici belə üst-üstə qoymaq olmur. Magistral yollardan qatarlara, hava limanlarından xəstəxanalara və məktəblərə qədər ən vacibi xidmət sahələri zəif vəziyyətdədir. ABŞ bank sektorunda hələ də çekdən istifadə edilir. Bu gün dünyanın ən zəngin insanlarının yaşadığı şəhər olan Nyu-Yorkda insanların peyvənd üçün öncədən rezervasiya ala bilməsi lotereya udmaq kimi bir şeyə çevrilib.

Türkiyədə bu və ya digər şəkildə rifah dövləti ənənəsi var. Hətta bu gün də AKP-nin əsas səslərini itirməməsinin səbəbi sol partiyalardan gözlənilən sosial yardım və səhiyyə xidmətləri kimi siyasətlərdir. Türkiyə yalnız böyük şirkətlərin maraqlarını qorumaqla hakimiyyətdə qalmağın mümkün olmadığı açıq-aşkar ortadadır. Ancaq ABŞ-da solda da, sağda da, sistemin hər baxımdan ilk növbədə kapitalizmə xidmət etməsi gözlənilir. Bu səbəbdən Co Bayden bu gün prezidentdir. Çünki sistem özünü Berni Sandersin təmsil etdiyi sosialist dalğaya qarşı qoruya bildi.

Amerika mədəniyyətindəki ən qorxulu məsələ dövlətin fərdlərin həyatına çox müdaxilə etməsidir. Son illərdə nəhəng şirkətlər və onların sağçı müdirləri bu mədəniyyəti necə idarə edəcəklərini yaxşı bilirlər. “Amerika dəyərləri” anlayışı ilə kütlələri davamlı olaraq vergi yığan, müxtəlif qanun və məhdudiyyətlərlə dövlət sisteminə qarşı gücünü getdikcə daha çox nümayiş etdirən mərkəzi hökumətə qarşı üsyan etməyə çağırırlar. Bu libertatian sağ dalğanın əsl niyyəti dövlət nəzarətini, hətta vergi yığımını ləğv etmək və gəlirliliyi mümkün qədər artırmaqdır.

Amerika solu dövlətin gücünü daha da artırmaq üçün, demək olar ki, girdiyi hər müharibədə məğlub oldu, kapitalizmə güzəştlər etdi. Bu illər ərzində hava yollarından maliyyə qurumlarına qədər bütün sahələr zəiflədi. Bunun müqabilində, qazandığı yalnız mədəni qələbələr oldu. Məsələn, evlilik bərabərliyi qanunu kimi. Bu qazancları da az görmək olmaz, amma Skandinaviya ölkələrində olduğu kimi, insan yönümlü bir sosial dövlət anlayışının vacibliyinə cəmiyyəti inandıra bilmədilər. Ancaq mövcud Amerika sistemi fərdləri deyil, yalnız şirkətləri qoruyur. Buna görə də qar yağanda Avropadan sevincli fotoşəkillər, Amerikadan isə ölüm xəbərləri gəlir.

Ölənlər həmişə kasıblardır

İnfrastruktura investisiya yatırmaq heç də cazibədar deyil, çünki qısa müddətli siyasi gəliri yoxdur. Ancaq ən əsası da böyük şirkətlər üçün sərfəli deyil. İqlim dəyişikliyinə qarşı alınacaq tədbirlərin hələ də təxirə salınmasının səbəbi bunun nəhəng şirkətlərə sərf etməməsidir. Trampın Paris Sazişindən çıxması və ya Obamanın avtomobil sənayesindəki qaydaları ləğv etməsi nəhəng şirkətlər tərəfindən alqışlanıb. İqlim dəyişikliyi əsas təhlükə olsa da, nəhəng şirkətlər hələ də gəlirliliyi azaldacaq yaşıl lahiyələrdən qaçır, milyardları lobbilərə xərcləyərək siyasətçiləri özünə çəkir və inkişafa mane olurlar. Yerli özünüidarəetmə orqanlarında da vəziyyət fərqli deyil. Texas qubernatoru keçən gün təbii fəlakətlərə görə “yaşıl siyasətləri” günahlandırıb. Ancaq insan yönümlü siyasətlər tətbiq edilsə, ən azı 20 ildir gündəmdə olan qlobal iqlim dəyişikliyinə üstünlük verilsə, bu gün qar yağışı təbii fəlakətə çevrilməzdi.

Ancaq bu məsələ heç kimin marağında deyil. Fəlakətlər həmişə yoxsulları və azlıqları vurur.

Texasdakı insanlar ac, susuz vəziyyətdədir. Günlərdir soyuqdan donurlar, üstəlik həftə sonuna qədər elektrik enerjisinin verilməsi gözlənilmir. Ştatın paytaxtı Ostin şəhərinin mərkəzindəki boş göydələnlər, iş yerləri və şirkət mərkəzləri par-par parıldayır, azlıqların və yoxsulların yaşadığı şərq hissəsinə isə tamamilə qaranlıq çöküb.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Texas Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Ən çox oxunanalar