Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Azərbaycandan bu müharibənin qisasını alacaq” - Ərəstun Orucludan sensasion açıqlama

Görünən budur ki, Rusiya Qarabağda sülhməramlı kimi deyil, peşəkar döyüşçülərdən ibarət hərbi birləşmə kimi fəaliyyət göstərir...

Siyasi şərhçi: “Bu da hibrid müharibənin elementləridir. Rusiya Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Bu müharibə ərəfəsində də Azərbaycan xalqının mübarizə əzmini hərtərəfli sarsıtmağa cəhd edir”.

Rusiya hərbi hissələri Qarabağda heç bir halda sülhməramlı missiya ilə məşğul deyillər. Onlar yalnız Qarabağdakı separatçı erməni rejimini dirçəltmək, onlardan Azərbaycana qarşı növbəti dəfə alət kimi istifadə etmək üçün əllərindən gələni edirlər”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Rusiya sülhməramlılarının Ağdərədə hərbi təlim keçmələrinin səbəblərini və nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya sülhməramlı kontingentinin minaatan qrupları müntəzəm döyüş hazırlığı təlimlərinin bir hissəsi olaraq Ağdərə poliqonunda bəzi təlim tapşırıqlarını yerinə yetiriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Praktik hərəkətlər zamanı hərbçilər minaatanların döyüş və yürüş mövqeyinə gətirilməsi bacarıqlarını artırıblar. Ümumilikdə, Rusiya sülhməramlı kontingentinin təxminən 50 hərbçisi döyüş hazırlığı təlimlərinə cəlb edilib. Görünən budur ki, Rusiya Qarabağda sülhməramlı kimi deyil, peşəkar döyüşçülərdən ibarət hərbi birləşmə kimi fəaliyyət göstərir.

Rusiya sülhməramlılarının minaatanlardan və ağır silahlarla bölgəyə gəlməsi və bu silahlarla təlim keçməsi 10 noyabr bəyanatına nə qədər uyğundur və əgər Rusiya sülhməramlı qüvvədirsə, onda onların ağır silahlarla və geniş poliqonda təlimləri kimə, nəyə lazımdır?

Qeyd edək ki, 3 ay keçməsinə baxmayaraq Azərbaycan hələ də Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı Rusiya ilə müqavilə imzalamayıb. Hazırda Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlılarının, eyni zamanda Ağdamda fəaliyyətdə olan Müştərək Müşahidə Mərkəzinin hüquqi statusu nədir? Ümumiyyətlə Azərbaycanla Rusiya arasında Dağlıq Qarabağda sülhməramlı yerləşdirilməsi ilə bağlı saziş imzalanmasa, o zaman sülhməramlıların missiyası müəyyən müddətdən sonra Azərbaycanın tələbi dayandırıla bilərmi?

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini və keçirdikləri təlimləri PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Azərbaycanın hərbi uğuru Rusiyaya şapalaq kimi dəyib. Rusiya bunu şapalaq kimi qəbul edib. Buna görə də Rusiya Azərbaycanı çökdürmək və qisas almaq üçün əlindən gələni edəcək”.

Rusların artıq Azərbaycanda özünü Qarabağın sahibi kimi hiss etdiyini və belə də apardıqlarını vurğulayan siyasi şərhçi PİA.az-a bildirib ki, bu biabırçılıq getdikcə normal, ağıla sığa biləcək hüdudlardan kənara çıxır:

“Mən dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm. Həmişə də demişəm ki, Azərbaycanda sülhməramlı adı altında yerləşdirilmiş Rusiya hərbi hissələri Qarabağda heç bir halda sülhməramlı missiya ilə məşğul deyillər. Onlar yalnız Qarabağdakı separatçı erməni rejimini dirçəltmək, onlardan Azərbaycana qarşı növbəti dəfə alət kimi istifadə etmək üçün əllərindən gələni edirlər. Rusiya onlara sosial-humanitar yardımdan tutmuş hər cür yardımı edir. Hətta separatçı və qanundan kənar erməni yaraqlılarına hərbi təlim belə keçirlər.

İş o yerə gəlib çatır ki, Dağlıq Qarabağdakı erməni icmasına gedən yüklər Azərbaycanın digər əraziləri üzərindən Qarabağa çatdırılır. Yəni yüklər təyyarə ilə Bərdəyə və yaxud da Gəncəyə gətirilərək Qarabağa çatdırılır. Amma faciə ondadır ki, həmin rus sülhməramlıları işğalçılara və separatçılara açıq dəstək verərkən Azərbaycanın Kəlbəcərə Tərtərdən yük çatdırması üçün yolun açılmasını təmin etmirlər. Bu yüklər həmin yolla daşınırkən Rusiya bağrağı altında hərəkət edirlər. Yəni Rusiya sülhməramlıları Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində Azərbaycan dövlətinin iradəsini heçə sayaraq separatçıların iradəsini üstün tuturlar. Bu da bir daha Dağlıq Qarabağdakı Rusiya hərbiçilərinin heç də sülhməramlı olmadığının açıq sübutudur. Burdakı faciə isə odur ki, Azərbaycan hakimiyyəti buna göz yumur və yolun açılmasını tələb etmir. Ən azından biz bu tələbi açıq şəkildə eşitmirik.

Ərəstun Oruclu: “Rusiyanın bütün bu fəaliyyətləri ondan xəbər verir ki, onlar bu addımları ilə Azərbaycana göz dağı verir”.

Belə bir təəssürat yaranır ki, sanki Azərbaycanda bütün ölkəni işğal etmiş işğalçı rus qoşunları var. Tamamilə haqlısınız ki, onların heç bir hüquqi statusu yoxdur. Çünki onlar adi bəyanat əsasında ölkəyə buraxılıblar. Bu Azərbaycanın konstitusiyasına da, milli təhlükəsizlik konsepsiyasına da tamamilə ziddir. Sülhməramlıların Azərbaycan ərazisində yerləşməsinə Azərbaycan parlamenti icazə verməliydi. Bilirik ki, bu məsələ parlamentin müzakirəsinə çıxarılmayıb və ortada Rusiya hərbiçilərinin sülhməramlı missiyasını nizamlayacaq dövlətlərarası saziş də yoxdur.

Təbii ki, Rusiya bundan rahatsızdır, lakin bütün bu fəaliyyətləri ondan xəbər verir ki, Rusiya bu addımları ilə Azərbaycana göz dağı verir. Yeri gəlmişkən qeyd edim ki, Ağdamda fəaliyyətə başlayan Türkiyə və Rusiya Müştərək Monitorinq Mərkəzinin fəaliyyəti də Azərbaycan qanunvericiliyinə ziddir və bu Mərkəzin fəaliyyətinə də Milli Məclis icazə verməliydi. Necə ki, Türkiyə parlamenti silahlı qüvvələrin Azərbaycana göndərilməsinə icazə verdi, Azərbaycan eyni qaydada belə bir icazəni verməliydi. Onu da qeyd edim ki, monitorinq mərkəzi fəaliyyətə başlasa da effektivliyi görünmür. Yəqin ki, heç görünməyəcək də...

Bütün bu olanların yeganə səbəbi Azərbaycan müharibədə əldə etdiyi qələbədir və bu qələbəni Rusiya həzm edə bilmir. Hakimiyyət isə vəziyyəti gərginləşdirməmək üçün susmağa məhkumdur. Çünki müharibə dövründə də Fransa başqa olmaqla Qərbin reaksiyasını da gördük. İndi faktiki olaraq Azərbaycan hakimiyyəti qalib tərəf olmasına baxmayaraq öz ölkəsində söz sahibinə çevrilə bilmir. Azərbaycan hakimiyyəti Rusiyadan ehtiyat edir və bu biabırçılıq getdikcə normal, ağıla sığa biləcək hüquqlardan kənara çıxır. Ruslar artıq Azərbaycanda özünü Qarabağın sahibi kimi hiss edir və belə də aparır.

Ərəstun Oruclu: “Bu gün Azərbaycan əhalisinin artıq böyük əksəriyyəti də anlayır ki, rus qoşunları Azərbaycanda özünü işğalçı güc kimi aparır”.

Rusiya qoşunları Azərbaycana sülhməramlı adı altında yeridildikdən bir neçə gün sonra təxminən 15 nəfərin imzası ilə BMT-yə, ATƏT-ə, NATO-ya, ABŞ hökümətinə, Türkiyə və Azərbaycan hökumətinə müraciət hazırlanıb. Bu müraciətin müəlliflərindən biri mən olmuşam. Müraciətdə Rusiya qoşunlarının Azərbaycandan çıxarılması tələb olunub. Bu gün Azərbaycan əhalisinin artıq böyük əksəriyyəti də anlayır ki, rus qoşunları Azərbaycanda özünü işğalçı kimi aparır. Və yaxın gələcəkdə Azərbaycan Gürcüstan və Ukraynada baş verən ihadisələrlə üz-üzə qala bilər. Bu qətiyyən istisna olunmur və Rusiya ordusunun Azərbaycandakı varlığı həm ərazi bütövlüyümüz üçün, həm də dövlət müstəqiliyyimiz üçün böyük təhlükədir.

Mənim fikrim nə qədər radikal görünsə də, bundan ibarətdir ki, rus qoşunlarının Azərbaycanda qanunsuz yerləşməsini, onların bəyanatın bəndlərində göstərilmiş fəaliyyət çərçivəsindən kənara çıxmasını nəzərə alaraq Azərbaycan hökuməti onları ölkədən çıxarmalıdır. Amma Azərbaycan hökumətinin bunu etməsi üçün Azərbaycan xalqı fəaliyyətə keçməlidir. Azərbaycandakı siyasi partiyalar, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları və media fəaliyyətə keçməlidir və hakimiyyət bunu xalqın tələbi kimi görməli və bütün dünyaya belə də təqdim etməlidir.

Rus ordusu Azərbaycan ərazisində özünü işğalçı kimi aparır. Azərbaycanın hakimiyyət strukturlarındakı böyük şəbəkə olan rus agenturası Azərbaycan ordusunu aşağılayır, Azərbaycan zabitlərinə cinayət işi açmaqla Azərbaycan ordusunu sındırmağa çalışır. Rus agenturası olan icra və digər strukturlarda çalışan yaramaz, korrupsioner, quldur məmurlar xalqı, qaziləri, şəhidləri aşağılamağa çalışırlar.

Bu da hibrid müharibənin elementləridir. Rusiya Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Bu müharibə ərəfəsində də Azərbaycan xalqının mübarizə əzmini hərtərəfli sarsıtmağa cəhd edir. Rusiya Azərbaycan ordusunu zəiflədir, gözdən salır, xalqı sındırır, hakimiyyəti küncə sıxışdırır, ölkənin daxilində sabotaj yaradır, cəmiyyəti parçalayır. Bunun hamısını görməmək üçün kor olmaq lazımdır.

Ərəstun Oruclu: “Azərbaycanın hakimiyyət strukturlarındakı böyük şəbəkə olan rus agenturası Azərbaycan ordusunu aşağılayır, Azərbaycan zabitlərinə cinayət işi açmaqla Azərbaycan ordusunu sındırmağa çalışır”.

Bu gedişlə Rusiya Azərbaycandan bu müharibənin qisasını alacaq. Mən bunu təəssüflə deyirəm. Biz qələbənin bizə verdiyi bütün üstünlükləri itirə bilərik. Bütün hallarda Rusiya buna cəhd edəcək. Tərtər hadisələrindən sonra Azərbaycan ordusunun başına dəhşətli hadisələrin gətirildiyini hamı bilir. Sabah bu daha dəhşətli və miqyaslı şəkildə baş verə bilər və hazırda bu proses başlayıb. Ona görə də rus ordusu Azərbaycandan çıxarılmalıdır. Bu müzakirə predmeti deyil.

Həmçinin də Azərbaycanın dövlət və hakimiyyət orqanlarında çalışan Rusiya agenturası bütün sistemdən qovulmalıdır. Cinayəti sübut olunanlar isə həbs olunmalıdır. Bunu etməsək Azərbaycan dövləti iflasa uğrayacaq. Azərbaycanın hərbi uğuru Rusiyaya şapalaq kimi dəyib. Rusiya bunu şapalaq kimi qəbul edib. Buna görə də Rusiya Azərbaycanı çökdürmək və qisas almaq üçün əlindən gələni edəcək.

Bizim borcum bu gün səfərbər olunaraq var gücümüzlə bu təxribatın, bizim üçün hazırlanan həmin məğlubiyyətin qarşısını almaqdır. Amma bir daha qeyd edim ki, bu istiqamətdə heç bir addımın atıldığı görünmür”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Biznes kreditlərinə tələbi artıran səbəblər...

Ən çox oxunanalar