Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda korrupsiya və Siyavuş Novruzovdan açıqlaması: “Verən var ki, alan da var”...

DTX əməliyyatları davam edərkən, hakim partiyanın millət vəkillərinin rüşvətin Qanuni dövrünə qədər gedib çıxdığını iddia edərək “verən var ki, alan da var”, deyə açıqlama verməsi ictimaiyyətdə gülüş obyektinə çevrilib...

Mayis Əlizadə
“Odatv” qəzeti, Türkiyə, 11 fevral 2021-ci il

Türkdilli ədəbiyyatın görkəmli simalarından biri olan Məhəmməd Füzuliyə verilən 9 qızıl sikkə təqaüdü ilə bağlı azərbaycanlı millət vəkilinin verdiyi şərh bu günə qədər korrupsiya ilə bağlı verilən bir çox şərhdən fərqlənir. Azərbaycanda milyonlarla və hətta milyardlarla dollarlıq korrupsiya iddiaları ölkədə xaosa səbəb olarkən, bir telekanala açıqlama verən hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov rüşvət və korrupsiya iddialarının mənşəyinin çox-çox dərinlərə getdiyini iddia edib:

“Bu korrupsiya, rüşvət elə bir şeydir ki, iki tərəfli olur. Tutaq ki, sən rüşvət verməsən, bəs onu alan kim olacaq? Verən varsa, alan da var. Sistemin qanun-qaydası budur. Ümumiyyətlə, bunun kökü qədim dövrlərdən gəlir. Xatırlayırsınızsa, Məhəmməd Füzulidən bəri var. Bu sosial təhlükəsizlik sahəsi həmişə rüşvətlə əlaqəli olub. Məhəmməd Füzuliyə 9 sikkə təqaüd verilsə də, o pulu sona qədər ala bilməmişdi. Yəni o dövrdə də hökmdarın qərarı ilə təsdiqlənən təqaüd pulunu şair ala bilməmişdi”.

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun kütləvi korrupsiya, mənimsəmə və rüşvət iddiaları ilə məhkəmə tərəfindən Dövlətin Təhlükəsiz Xidmətinin təşkil etdiyi bir əməliyyatla həbs edildiyi günlərdə hakim Yeni Azərbaycan Partiyası millət vəkilinin belə bir açıqlama verməsi ictimaiyyət üçün olduqca maraqlıdır. Çünki Siyavuş Novruzov keçən avqusta qədər hakim partiyanın mühüm simalarından biri kimi tanınırdı.

1969-cu il təvəllüdlü Siyavuş Novruzov 2000-ci ildən bəri parlamentdətəmsil olunur. Təxminən 15 beş il ərzində Yeni Azərbaycan Partiyasında nüfuzlu bir vəzifə tutub və faktiki olaraq hakim partiyanı idarə edən şəxslərdən biri olub. Keçən avqustda Prezident Admintrasiyasının keçmiş rəhbəri və hazırda Milli Elmlər Akademiyasının prezidenti olan akademik Ramiz Mehdiyevin pandemiya qadağalarını heçə sayaraq nəvəsinə etdiyi toyda iştirak edən Siyavuş Novruzov YAP-ın icraçı katibinin müavini vəzifəsindən istefa verməyə məcbur olmuşdu. Siyavuş Novruzov istefasından əvvəl prezidentin keçmiş admintrasiya rəhbəri Mehdiyevin onu aldadıb toya dəvət etdiyini bildirmişdi. Novruzovun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da toyda iştirak etmiş, lakin ictimaiyyətin təzyiqinə baxmayaraq, öz vəzifəsini tərk etməmişdi.

Əməliyyatlar davam edir

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkənin təhlükəsizlik xidməti DTX icra başçılarına, yüksək səviyyəli məmurlara, hakim partiyanın inzibatçılarına və keçmiş nazirlərə qarşı böyük miqdarda korrupsiya, rüşvət və dövlət əmlakını mənimsəmə iddiaları ilə müəyyən aralıqlarla əməliyyatlara davam edir.

Bu günlərdə yerli mətbuat dövlət şikəti olan “Azərsu” ASC-nin prezidentinə aid olan5 min kvadratmetrlik malikanəsini və digər daşınmaz əmlaklarını üzə çıxadı. Keçən ilin yay aylarında isə media tərəfindən xarici işlər naziri Elmar Məmmədyarovun iki oğlunun ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtində hər biri 2,4 milyon dollara olan iki mənzil təsbit edildi. Media bununla bağlı nazirdən açıqlama tələb etdikdə isə nazirliyin sözçüsü Leyla Abdullayeva, “bu, şəxsi məsələdir və şəxsi məsələlərlə bağlı açıqlama vermirik”, deyə cavab vermişdi. Bundan sonra DTX Xarici işlər Nazirliyində əməliyyat keçirmiş, bir neçə iri çaplı məmur həbs edilmişdi. Nazir Məmmədyarov bu əməliyyatdan bir müddət sonra vəzifəsindən azad edilmişdi.

DTX əməliyyatları davam edərkən, hakim partiyanın millət vəkillərinin rüşvətin Qanuni dövrünə qədər gedib çıxdığını iddia edərək “verən var ki, alan da var” deyə açıqlama verməsi ictimaiyyətdə gülüş obyektinə çevrilib.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - Foto

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

Leço necə hazırlanır? – Bolqar bibəri üçün ən yaxşı resept

Ən çox oxunanalar