Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden adminstrasiyası Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərini necə tənzimləyəcək?

Son illər Demokratların Səudiyyə Ərəbistanına qarşı apardıqları kampaniyalar iki ölkə arasındakı münasibətlər tarixinin ən pis kampaniyalarıdır...

Abdurrahman Rəşid
“Şarkul Avsat” qəzeti, 7 fevral 2021-ci il

ABŞ-dan yüksək səviyyəli bir hərbi heyət bölgədəki hərbi əlaqələri genişləndirmə planı çərçivəsində Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki və ölkə daxilindəki mövqelərini araşdıracaq. Heyətin bu çalışmalara başlamaları üçün Riyadın təsdiqi lazımdır. Daha əvvəl belə bir şey olsaydı, bunun Trampın investisiya layihələrindən biri olduğunu düşünmək olardı. Lakin layihənin və hazırkı ortaq hərbi təlimlər zamanı Baydenin yüksəlişi ilə Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərinin zəiflədiyini və Riyadın mühasirədə olduğunu düşünənlər üçün yetərli cavabdır. ABŞ siyasətinin öncəlikləri daxilində Çinlə mübarizə, enerji, nüvə silahları və terrorizm olduğu müddətcə iki ölkə arasındakı münasibətlərin əhəmiyyəti də artır. Çünki bu məsələlərin hamısı Səudiyyə Ərəbistanı kimi bir dövlətlə regional əməkdaşlıq aparılmasını tələb edir. Bunlar münasibətləri idarə edən real düşüncələr, media müzakirələri və ABŞ rəsmilərinin sitatları deyil.

Etiraf etmək lazımdır ki, yeni prezident çox sürətli qərarlar qəbul etsə də, administrasiyası bölgə və xüsusən də Riyadla bağlı açıqlamalar versə də, Baydenin Səudiyyə ilə bağlı tam formalaşmış qərar verdiyini söyləmək üçün hələ tezdir. Baydenin ən gözə çarpan addımı Yəmən böhranına qarşı idi. Bu addım müxtəlif tərəflərdən qiymətləndirilə bilər. Düşünürəm ki, bu, iki ölkə arasındakı ən çətin iş üzrə ən yaxşı başlanğıc idi. Bayden Səudiyyə Ərəbistanıİranın dəstəklədiyi husilərin hücumlarından qorumaq üçün söz verməklə hər kəsi təəccübləndirdi. Çünki bu, bu Tramp administrasiyasının standartlarından belə çox kənar bir addım idi. Buna cavab olaraq Riyad danışıqlarla ilə həll yolunu qəbul etməyə hazır olduğunu bir daha təsdiqləyib. Bayden də Trampın etdiyi kimi, Yəmənlə bağlı xüsusi bir nümayəndə təyin edib.

Qısa müddətdə iki hadisədən birinin baş verəcəyini gözləyirik: ya husilər Səudiyyə Ərəbistanının şəhərlərini hədəf almağa son verəcək ki, bu da siyasi həll yolunun açılmasına kömək edən müsbət bir proses olar. Ya da Səudiyyə Ərəbistanının sərhədlərini pozaraq raket və dron hücumlarını davam etdirəcək. Beləliklə, Səudiyyə Ərəbistanının döyüş təyyarələri də buna cavab verərək onların ərazilərinə keçəcək. İkinci halda, yəni husilər ABŞ-ın atəşkəs rejimini pozsalar, Vaşinqton müqavilədəki öhdəliklərinə görə müharibənin tərəfi olacaq və Riyadın da yenidən cavab verməyə bir səbəbi olacaq. Hər iki halda da, Səudiyyə Ərəbistanı Yəmən hadisəsindəki anlaşmazlığı dəf edə bilər. Əlbəttə ki, husilərin Tehrandakı Ayətullah rejiminin - eynilə Livandakı Hizbullah kimi - bir oyuncağı olduğuna şübhə yoxdur. Atəşkəs və ya müharibə olacağına isə Tehran qərar verəcək.

Səudiyyə Ərəbistanı ilə ABŞ arasında artan hərbi əməkdaşlıq nədən xəbər verir?

Əvvəla, bəziləri müdafiə anlayışını və Qərblə hərbi əməkdaşlıq konsepsiyasını tənqid edərkən bunun beynəlxalq ittifaqların təbiətinə uyğun olduğunu unudurlar. Məsələn, ABŞ-ın hərbi müdafiə sahəsi İkinci Dünya Müharibəsindən bəri Qərbi Avropanı əhatə edir və bu günə qədər də Rusiyaya qarşı çıxır. ABŞ-ın hərbi müdafiəsi Yaponiya üçün bütöv bir məsələdir.

Qalib gəlmiş Demokratlar Partiyası barədə isə onu deyə bilərik ki, Demokratların Səudiyyə Ərəbistanına qarşı apardıqları kampaniyalar iki ölkə arasındakı münasibətlər tarixinin ən pis kampaniyalarıdır. Son 5 ildə partiya üzvləri Vaşinqtonun İranla nüvə anlaşması, Yəməndəki müharibə, “Qardaşlıq” rejiminin süqutu və Misirə verilən dəstəyə görə Riyadı tənqid edir. Bundan əlavə, Tramp prezident seçildikdən sonra səfər etmək üçün birinci Riyadı seçdiyindən Demokratlar Səudiyyə Ərəbistanından ona hücum etmək üçün top kimi istifadə etdilər və Qaşıqçı cinayətini siyasiləşdirmək də bu cəhdlərdən biri oldu. Ancaq bu gün iqtidarda olan Demokratlar Səudiyyə Ərəbistanı kimi müttəfiqlərinin önəmini görməzdən gəlmirlər. Səbəbləri isə ən azı maraqları qədər dərindir.

Vəliəhd Məhəmməd ibn Salmanın gətirdiyi böyük yeniliklərlə Səudiyyə Ərəbistanının necə dəyişdiyini bilirlər. Siyasi rejim gücləndi və dövlət daha canlı, aktiv və vacib bir nöqtəyə gəlib çatdı. Eyni zamanda, amerikalılar Soyuq Müharibə bitdikdən bəri bölgədəki ölkələrin beynəlxalq münasibətlərini öz maraqlarına uyğun şəkildə idarə edə bildiklərini də başa düşüblər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar