Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda televiziyaların yol verdiyi əsas nöqsanlar açıqlanıb - MTRŞ

İl ərzində Azərbaycanda ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına da yol verilib.

Bu barədə Milli Televiziya və Radio Şurasının illik hesabatında qeyd olunub.

Hesabata əsasən, yayımçılar əsasən aşağıdakı qanunvericilik aktlarını və onların müddəalarını pozublar:

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsi (reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz);

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.12-ci maddəsi (Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır);

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 40.2.1-1-ci maddə (Azərbaycan Respublikasının Dövlət Himnini hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirmək);

“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsi (televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır);

“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsi (sponsor reklamında “sponsor” sözünün başqa anlayışlarla əvəz olunmasına yol verilmir);

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü maddəsi (radio, televiziya proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması);

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2.5-ci maddəsi (əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya);

Ümumilikdə, aparılmış monitorinqlər göstərmişdir ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci ilin ikinci yarısında televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar