Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ümumdünya Ticarət Təşkilatına ilk dəfə qadın rəhbərlik edə bilər

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Roberto Azevedo ötən ilin may ayında istefa verdikdən sonra artıq onun postuna son namizəd bəlli olub.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın Ticarət naziri Yoo Myunq Hee öz namizədliyini geri götürdükdən sonra nigeriyalı iqtisadçı və keçmiş maliyyə naziri xanım Nqozi Okonyo-İveala bu vəzifəyə iddia edən yeganə namizədə çevrilib.

N.Okonyo-İvealanın beynəlxalq quruma baş direktor seçiləcəyi təqdirdə, bu, ÜTT tarixində ikiqat yenilik olacaq. Nigeriya təmsilçisinin şəxsində həm ilk qadın, həm də ilk Afrika nümayəndəsi ÜTT rəhbəri olacaq.

Co Bayden ABŞ prezidenti seçildikdən sonra onun administrasiyası N.Okonyo-İvealanın namizədliyini dəstəklədiyini bəyan edib və bununla da nigeriyalı iqtisadçının ÜTT rəhbərliyi postuna gedən yoldakı əsas maneə aradan qalxıb. Ötən il oktyabr ayında Avropa İttifaqı ölkələri yekdilliklə Okonyo-İvealanın namizədliyini dəstəklədiyini elan etsə də, Donald Tramp administrasiyası bu prosesi əngəlləyə bilmişdi.

Mart ayının əvvəlində ÜTT-yə üzv ölkələrin Baş Şurasının iclasında yeni baş direktorun təyinatı gözlənilir.

Qeyd edilməlidir ki, təsis edildiyi 1994-cü ildən indiyədək ÜTT-yə rəhbərlik edən şəxslər İrlandiya, İtaliya, Fransa, Yeni Zelandiya, Braziliya və Tailand təmsilçiləri olublar.

pia.az 


Etiket: ÜTT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar