Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Teymur Rəcəbov bu gün daha 5 görüş keçirəcək

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılacaq.

"Report"un məlumatına görə, "Opera Euro Rapid"də Azərbaycanı təmsil edən Teymur Rəcəbov Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşacaq.

ilk yarış günündə o, 5 görüş keçirib. İkinci turda ağ fiqurlarla ABŞ təmsilçisi Sem Şenklendə qalib gələn Rəcəbov ilk turda almaniyalı Mattias Blübaumla, üçüncü turda ABŞ-dan olan Lenyer Peres Domingeslə və beşinci turda rusiyalı Aleksandr Qrişukla qara, dördüncü turda isə polşalı Yan-Kşiştof Duda ilə ağ fiqurlarla heç-heçə oynayıb.

Hazırda azərbaycanlı qrossmeysterin aktivində 5 oyundan 3 xal var. O, fransalı Maksim Vaşye-Laqrav və niderlandlı Aniş Giri ilə birgə 4 - 6-cı yerləri bölüşür. Turnir cədvəlinə Maqnus Karlsen 4 xalla başçılıq edir. ABŞ təmsilçisi Uesli So və rusiyalı Yan Nepomnyaşi hərəyə 3,5 xalla 2-3-cü yerlərdə qərarlaşıb.

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

İlkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.

"Opera Euro Rapid"
7 fevral
VI tur: Teymur Rəcəbov - Aniş Giri (Niderland)
VII tur: Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov
VIII tur: Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)
IX tur: Vidiş Santoş Qucarati (Hindistan) - Teymur Rəcəbov
X tur: Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar