Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı jurnalist ərəb mediasında Xocalıdan yazdı

Əməkdar jurnalist, "Olaylar" qəzetinin əməkdaşı, Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəylinin xarici mediada növbəti məqaləsi dərc edilib.

Müəllifin bu dəfəki yazısı 29 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma həsr olunub. "Xocalı-XX əsrin ən dəhşətli soyqırımı" adlı məqalə Misirin məşhur aldiplomasy.com, aldawlanews.com, eləcə də İordaniyanın nayrouz.com saytlarında dərc edilib. Müəllif məqalədə ermənilərin 29 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri vəhşiliklərdən yazır. Bildirir ki, insanlıq əleyhinə yönəlmiş bu soyqırım zamanı 613 mülki vətəndaş ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi ki, onlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca və ahıl şəxslər idi. Həmçinin 8 ailə erməni vəhşiliyinin qurbanı olaraq tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilənlərlə yanaşı 76-sı uşaq olmaqla, 487 nəfər düşmən gülləsinə tuş gələrək yaralandı.

Məqalə müəllifi yazır ki, erməni silahlı birləşmələri Xocalıda XX əsrin ən ağır cinayətini törədib azərbaycanlıları kütləvi şəkildə soyqırıma məruz qoyduqdan sonra şəhərin sağ qalan 1275 nəfər sakinini isə əsir götürərək Ermənistana aparırlar. 29 il əvvəl ermənilər tərəfindən əsir götürülən 1275 Xocalı sakininin 150 nəfərinin taleyi bu günə qədər də naməlum olaraq qalır ki, onlardan da 68 nəfəri qadın, 26 nəfəri isə uşaq olub.

Süleyman İsmayılbəyli Xocalıda azərbaycanlılara qarşı soyqırım törədildiyi faktının erməni canilər tərəfindən etiraf edildiyini də məqalədə qeyd edir və sabiq Ermənistan prezidenti Serj Sərkisyan, həmçinin erməni yazıçı Zori Balayan, David Xerdiyanın bununla bağlı etiraflarını diqqətə çatdırır.

Süleyman İsmayılbəyli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 2008-ci ildən etibarən başlamış olduğu "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrinin bu soyqırımı pisləyən bəyanatlar, qərarlar qəbul etdiyini, onu tanıdığını da diqqətə çatdırır.

Sonda məqalə müəllifi ümid edir ki, tezliklə Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş erməni caniləri törətdikləri insanlıq əleyhinə cinayətlərə, soyqırıma görə məsuliyyətə cəlb ediləcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Ən çox oxunanalar