Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boğaz ağrısından qorunmağın yolları

Boğazdakı ağrı əsasən qıcıqlanma, quruluq və qaşınma kimi xoşagəlməz simptomlarla özünü biruzə verir. Ağrının səbəbindən asılı olmayaraq, boğazda olan infeksiyaları azaltmaq və qarşısını almaq üçün bir sıra qaydalara əməl etmək lazımdır.

Həmin qaydaları təqdim edirik:

1.Bol miqdarda maye qəbul edin

Gün ərzində uşaqların 5-6 stəkan, böyüklərin isə 8-10 stəkan su içməyi məsləhət görülür. Bundan əlavə, sulu yeməklər, meyvə şirəsi, bitki çayları da tənəffüs yolu infeksiyalarını təmziləmə gücünə malikdir. Gül, itburnu, cökə kimi bitki çayları da boğaz ağrısının qarşını alır. Bu çayları içərkən üzərinə bal da əlavə edə bilərsiniz.

2.Mütəmadi olaraq vitamin qəbul edin

A, C, E vitaminləri qidalar vasitəsilə qəbul edildikdə, bədənin immunitet sistemini güclənir. Bundan əlavə, bakteriyaların toxumalarda vurduğu ziyan aradan qalxır və onlar yenidən bərpa edilir. Buna görə də, bir çox meyvə və tərəvəzlərin istehlakına üstünlük vermək lazımdır.
C vitaminin qəbulu üçün - kivi, itburnu, nar, portağal, naringi və limona, A vitamini üçün - yerkökü, balqabaq, xurma, ərik və ananasa, E vitamini üçün - zeytun yağı, qoz və badama üstünlük vermək lazımdır.

3.Sink tərkibli qiadalar qəbul edin

Sinkə daha çox göyərtilərdə, qırmızı ətdə, dana qaraciyərində, istiridyada (balıq növü), günəbaxan tumlarında, balqabaqda, qoz-fındıqda və mərcidə rast gəlinir.
Mütəxəssislər hesab edirlər ki, orqanizimdə kifayət qədər sinkin olması virusların yayılmasına mane olur və xəstəlikdən qoruyur. Hər bir insan insan gün ərzində 40 mq-a qədər sink qəbul etməlidir.

4.Bal, zəncəfil və sarı kök qarışığı istehlak edin

Hər üçü qarışdırılıb isti suya 1 çay qaşığı qədər əlavə olunur və qəbul edilir. Tərkibindəki maddələr tənəffüs yollarındakı bütün infeksiyaları təmizləyir.(axşam.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar