Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Los-Ancelesdə ən bahalı ev satışa çıxarılıb

Los-Ancelesin nüfuzlu Bel Eyr rayonunda ABŞ tarixindəki ən bahalı ev satışa çıxarılıb. “The One” adlı malikanəni almaq istəyən 340 milyon ABŞ dollarından keçməlidir.

“Report” xəbər verir ki, bu barədə “The Sun” yazıb.

Nəşr yazır ki, 9,8 min kvadrat metr sahəyə malik olan bina eyni zamanda dünyanın ən böyük fərdi evidir. “The One” iki hektarlıq yüksək ərazidə yerləşir və sanki Los-Ancelesin üstündə gəzir.

Malikanədə 21 yataq otağı, 42 vanna otağı, 5 üzgüçülük hovuzu, keqelban oynamaq üçün dördzolaqlı meydan, 30 maşınlıq qaraj, kinoteatr, eləcə də ayrıca xeyriyyəçilik tədbirləri keçirmək üçü ayrıca məkan var. İnteryerlər sadə mebel və neytral rənglərlə xarakterizə olunur. Ev müasir sənət əsərləri ilə bəzədilib.

Mülk amerikalı kinoprodüser və developer Nayl Nayamiyə məxsusdur. O, “The One”ın inşasına 2013-cü ildə başlayıb, işin tamamlanması üçün 600-dən çox insanın əməyi lazım gəlib. Layihənin memarı Pol Maklin evin Los Ancelesdəki həyatın kvinteessensiyası olaraq düşünüldüyünü bildirib. Bu səbəbdən də binadakı müşahidə meydançasından bütün şəhər mərkəzini görmək olar.

“The One”ın hazırkı qiyməti ABŞ-da indiyə qədər satılan ən bahalı evin dəyərindən təqribən 2,5 dəfə çoxdur. Belə ki, bundan öncə Birləşmiş Ştatlarda Nyu-Yorkun Hempton şəhərində yerləşən evə görə 2014-cü ildə 137 milyon dollar ödənilib.

Mülkün sahibi “The One” üçün istənilən qeyri-real vəsaitə görə ünvanına yönələn tənqidlərə qeyri-adi cavab verib: “Mona Liza kimi nadir bir şeyiniz varsa, ona istədiyiniz qədər qiymət qoya bilərsiniz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay