Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın şok Qarabağ planı: Gizli faktlar üzə çıxdı

“Təxminən iki il əvvəl Nikol Paşinyan Araik Arutyunyana Dağlıq Qarabağın gələcək taleyi barədə danışıb”..

PİA.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

“Rüsvayçı şantaj prosesindan sonra bu gün Araik Arutyunyan Feysbukun əsas kloununa çevrilib. Paşinyan Arutyunyana Ararat Mirzoyan vasitəsilə xidmətlərini təklif edib. Mirzoyan sədaqət zəmanətləri qarşılığında Arutyunyanla danışıqlar aparıb və Paşinyana onun haqqında məlumat verib, bundan sonra ruhunu şeytana satmağa hazır olan yeni bir kölə tapdığına əmin olub”, - Minasyan qeyd edib.

Sabiq diplomat Ermənistan baş nazirinin separatçıların başçısı Arutyunyana qorxutduğunu və şantaj etdiyini söyləyib:

“Araik Arutyunyan nədən qorxurdu? Paşinyanın etdiyi oğurluqları ortaya qoyacağından qorxurdu. Razılaşmaların ilk mərhələsi Mirzoyan və Arutyunyanla danışıqların aparıldığı Romada əldə edilib. Arutyunyanın istəyi ilə danışıqlarda iştirak edən diaspordan olan tanınmış bir erməni iş adamı müqavilənin qarantı olub.

1.5 il əvvəl Paşinyan Mirzoyan, Arutyunyan və Kamo Ağacanyanın iştirakı ilə bir görüş keçirib. Dörd nəfər Paşinyanın proqramını müzakirə edib. 1.5 il əvvəl Nikol Paşinyan Araik Arutyunyana Dağlıq Qarabağın gələcək taleyi və bu gün baş verənlər haqda danışıb”.

Minasyan Paşinyan, Arutyunyan və Kamo Ağacanyanın hələ 1.5 il əvvəl Dağlıq Qarabağın təhvil verilməsinə razılaşdıqlarını və buna hazırlaşmağa başladıqlarını iddia edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın “itiriləcəyini” əvvəlcədən bilən Araik Arutyunyan Hadrut və digər ərazilərdəki torpaq sahələrini və mülklərini yarı qiymətinə satıb. (Teleqraf.com)

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar