Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriyalı nazir plagiat ittihamlarına görə istefa verdi

Avstriyanın federal əmək, ailə və gənclər naziri Kristine Aşbaxer plagiat ittihamlarına cavab olaraq tutduğu vəzifədən istefa verib.

İttihamlara görə, K.Aşbaxer magistr və doktor elmi işlərində plagiata yol verib, bütöv hissə və fəsilləri digər müəlliflərin əsərlərindən köçürüb.

K.Aşbaxer bildirib ki, öz elmi işlərini daim müvafiq tələblərə uyğun şəkildə vicdanla hazırlayıb və ali təhsil ocaqlarından plagiatla bağlı rəy gəlmədən onun barəsində səs-küy qaldıranları, mətbuatda adını ləkələyənləri tənqid edib. O bildirib ki, artıq nazir olarkən Slovakiya Texniki Universitetində təqdim etdiyi dissertasiya işində plagiata yol verilməsi barədə məlumat həqiqəti əks etdirmir və müəyyən stereotiplərə söykənən müxalif qüvvələr mətbuatda bu mövzunu qəsdən şişirməyə, onun ictimai nüfuzuna xələl vurmağa çalışıblar. Nazir yekunda qeyd edib ki, şərəf və ləyaqətini qorumaq üçün tutduğu vəzifədən istefa vermək qərarına gəlib.

Avstriyanın Federal Kansleri Sebastian Kurts xanım nazirə bu addımına görə minnətdarlıq edib və yanvarın 11-də bu vəzifəyə yeni təyinatın olacağını bildirib.

K.Aşbaxer ötən ilin yanvar ayından S.Kurtsun ikinci hökumətində federal əmək, ailə və gənclər naziri vəzifəsini tuturdu. Tanınmış “plagiat ovçusu“ Ştefan Veberin iddialarına görə, K.Aşbaxer dissertasiyasının azı 20 faiz hissəsini digər mənbələrdən köçürüb, iqtibasları düzgün təqdim etməyib və bir sıra xətalara yol verib. Slovakiya Texniki Universiteti elmi işin təkrar yoxlanılacağını elan edib.(oxu.az)

pia.az 


Etiket: Nazir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Ən çox oxunanalar