Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ordumuzun gəldiyini Şuşa türməsində eşitdim” - Dilqəm Əsgərov

"Hələki özümü yaxşı hiss edirəm, heç bir problem yoxdur. Mən elə birinci gündən vətənə qayıdacağıma inanırdım.”

PİA.az xəbər verir ki, bu sözləri erməni əsirliyindən azad olunan Dilgəm Əsgərov açıqlamasında bildirib. O, qeyd edib ki, ermənilər əsirlikdə onlara işgəncə veriblər:

"Mən türmədə ermənilərə də deyirdim ki, gec-tez Azərbaycan əsgəri gələcək.Bu gün xoşbəxtəm ki, ordumuz gözəl torpaqlarımızı azad etdi.Qarabağımız, Kəlbəcərimiz azad oldu.Bundan böyük sevinc ola bilməz.Allah şəhidlərimizə rəhmət eləsin.Prezidentimizə də bizi vətənə qaytardığı üçün təşəkkür edirəm. Ermənilər məni təzə tutanda işgəncə verdilər. Hər əlimdən bir barmağımı sındırdılar. Bədənimə elektrik cərəyanı qoşdular. Mən Şuşa türməsində idim. Atışma olanda eşidirdim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gələndə bizə radio vermişdilər. Ordumuzun hücuma keçməsini də radiodan eşitmişdim.  Cənab prezidentimizin çıxışlarını dinləyirdim. İnanın səmimiyyətimə Ali Baş Komandanımızın "Nə oldu Paşinyan” deməyini eşitdikcə qürur duyurdum. Əsgərlərimiz Şuşaya çatanda gecə ilə məni çıxarıb Gorusa apardılar. Oradan da Yerevana gətirdilər. Azərbaycana qayıtdığıma görə çox xoşbəxtəm". (Unikal)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - Video, Foto

Ən çox oxunanalar