Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizim əsgərimiz harada dayanacaqsa, sərhəd ora olacaq” - Zahid Oruc

Ermənistan parlamenti 2010-cı ildə Azərbaycanın ərazi bütövlüyünü SSRİ-nin inzibati sərhədləri çərçivəsində tanıyıbsa, onda bu sənəd Azərbaycan tərəfindən danışıqlarda niyə istifadə istifadə olunmayıb və niyə Azərbaycanın hələ də tam olmayan ərazi bütövlüyünün təmin edilməsi 10 ildən sonra müharibə yolu ilə baş tutdu?..

Millət vəkili: “Erməni xalqı elə bir idoloji zəhərlə zəhərləndirilib ki, indiki məğlubiyyət onları tamamən sındırıb, idealları məhv olub. Faktiki olaraq 44 günlük müharibənin nəticəsində erməni cəmiyyəti və erməni ideologiyası sağalmaz yara alıb”.

“17 partiyanın mənafelərini ifadə etdiyi qeyd olunan və alternativ kimi qələmə verilən Vazgen Manukyan belə, 10 noyabrda imzalanmış birgə bəyanatın onlar hakimiyyətə gələcəyi təqdirdə ləğv olunacağını söyləmir”.

Bu sözləri millət vəkili Zahid Oruc Ermənistanla sərhəd mübahisələrini və Nikol Paşinyanın AzərbaycanErmənistan sərhədləri ilə bağlı erməni cəmiyyətinə təqdim etdiyi sənədi PİA.az-a şərh edərkən qeyd edib.

Bir müddətdir ki, AzərbaycanErmənistan sərhədlərinin elmitasiya və demarkasiyası prosesi gedir və bu prosses Ermənistanda əsas müzakirə obyektinə, həmçinin müxalifətin Paşinyana hücum faktoruna çevrilib. Maraqlıdır ki, olunması Ermənistanın baş nazir Nikol Paşinyan müxalifəti elə eyni silahla vurub. SÜosoal şəbəkədə Ermənistan parlamentinin 2010-cu ildə qəbul etdiyi qanunu paylaşan Baş nazir bildirib ki, hazırda Azərbaycanla-Ermənistan arasında gedən sərhədlərin delmitasiya və demarkasiyası prosesi həmin qanuna əsasən, həyata keçirilir. Paşinyan bildirib ki, bu sənəd indiki müxalifət tətərfindən qəbul edilib və o zaman hakimiyyətdə olan Serj Sarqisyan tərəfindən imzalanıb.

Qeyd edək ki, sənəddə Naxçıvan, Qarabağ və Tovuz-Qazax bölgəsində iki ölkənin dövlət sərhədləri barədə detallı məlumatlar var və bu sənəd Azərbaycanın ərazi bütövlüyünü tanıdığı kimi, Naxçıvanın Kərki və Qazax rayonun hazırda işğal altında olan kəndlərini də Azərbaycan ərzisi olaraq qəbul edilib.

PİA.az-ın əməkdaşı Azərbaycan-Ermənistan sərhədində yaranan mübahisəli vəziyyəti Milli Məclisin Komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucla müzakirə edib.

Zahid Oruc: “İndi Ermənistanda gerçəklik ondan ibarətdir ki, nə keçmiş prezidentlər, nə indiki Baş nazir, nə də Ermənistanın hərbi siyasi elitası, müxalifəti və geniş şəbəkələnmiş diasporu dərin uçruma yuvarlanan erməni xalqını bu xaosdan və sarsıntıdan xilas etməyə qadir deyil”.

Bizim əsgər və zabitlərimiz harada dayanacaqsa, sərhədin də ora olacağını vurğulayan millət vəkili PİA.az-a bildirib ki, sərhədlə bağlı elə məsələlər var ki, hələ onları tam açıqlamaq mümkün deyil:

“Qeyd olunan məsələlər Ermənistanda 44 günlük müharibədən sonra yaşayan məğlubiyyətin şoku və onun dövlət idarəçilik sisteminə böhran kimi keçməsinin nəticələridir. Yəni istər hazırkı hakimiyyət, istərsə də əvvəlki iqtidarlar arasında elə bir toqquşmalar yaşanmaqdadır ki, onlar bu uğursuzluğun səbəblərini və yaxud səbəbkarlarını biri digərinin üzərinə atmaqla məşğuldurlar.

Bu özlüyündə bizim başqa qələbəmizi ortaya qoyur. Əgər 1990-cı illərdə konkret olaraq Azərbaycan döyüş meydanında məğlub olsa da ruhən sınmadı və hər zaman qələbə çalacağına inandı. Ən əsası isə xalqın gözləntilərini doğruldacaq və mənafelərini qoruyacaq lideri vardı. Həmin dövrdə məhz H.Əliyev xalqı toparlayaraq Azərbaycanı xaosdan çıxardı. İndi Ermənistanda gerçəklik ondan ibarətdir ki, nə keçmiş prezidentlər, nə indiki Baş nazir, nə də Ermənistanın hərbi siyasi elitası, müxalifəti və geniş şəbəkələnmiş diasporu dərin uçruma yuvarlanan erməni xalqını bu xaosdan və sarsıntıdan xilas etməyə qadir deyil. Çünki erməni xalqı elə bir idoloji zəhərlə zəhərləndirilib ki, indiki məğlubiyyət onları tamamən sındırıb, idaelları məhv olub. Faktiki olaraq 44 günlük müharibənin nəticəsində erməni cəmiyyəti və erməni ideologiyası sağalmaz yara alıb.

Vəziyyət elədir ki, hətta 17 partiyanın mənafelərini ifadə etdiyi qeyd olunan və alternativ kimi qələmə verilən Vazgen Manukyan belə 10 noyabrda imzalanmış birgə bəyanatın onlar hakimiyyətə gələcəyi təqdirdə ləğv olunacağını söyləmir. Əksinə buna tabe olacaqlarını deyirlər. Bu da o anlama gəlir ki, həmin qüvvələr real vəziyyəti dəyişdirməyi mümkün olmayacağını dərk edir. Bu reallıq isə ondan ibarətdir ki, Ermənistan iqtisadiyyatı və hərbi maşını Azərbaycanla heç bir halda rəqabət edəcək vəziyyətdə deyil. Hətta uzun illərdən sonra belə Ermənistan Azərbaycanla iqtisadi və hərbi rəqabətə girə bilməz. Ermənilər indi etiraf etməsələr də, bunu artıq bilirlər.

Ermənistanda hərbi, siyasi və iqtisadi sistem bütövlükdə dağılıb, sosial sitem isə dağılmaq üzrədir. Bu dövr ərzində Paşinyan nazirlərin bir qismini dəyişib. Lakin bu kəmiyyət və keyfiyyətdə heç nəyi dəyişməyib. Onun yerinə gəlmək istəyən revanşistlərin isə vəziyyətdən çıxmaq üçün heç bir proqramları yoxdur. Onlar ancaq Paşinyanı satqın adlandırmaqla məşğuldurlar. Ermənistanı özünü məruz qoyduğu iqtisadi, siyasi, hərbi fiaskodan onu heç kəs çıxara bilməz. Ermənistan yalnız Türkiyə və Azərbaycanın köməyi ilə böyük sarsıntıdan, mənəvi və maddi böhrandan çıxa bilər. Bu isə zaman məsələsidir.

Zahid Oruc: “Ermənistan iqtisadiyyatı və hərbi maşını Azərbaycanla heç bir halda rəqabət edəcək vəziyyətdə deyil. Hətta uzun illərdən sonra belə Ermənistan Azərbaycanla iqtisadi və hərbi rəqabətə girə bilməz. Ermənilər indi etiraf etməsələr də, bunu artıq bilirlər”.

Sərhədlərin demarkasiyası məsələsinə gəlincə, Azərbaycanın öz sərhədlərinə qayıtması müharibənin məqsədi idi. İndi də AzərbaycanErmənistan sərhədlərinin demarkasiyası gedir və bu prosses davam edəcək. Ermənilərin bu prossesdən narazı qalmaları isə onların öz daxili işləridir. Müxalifət sadəcə olaraq sərdədlərin demarkasiyasından istifadə edərək Paşinyanın istefasına nail olmaq istəyir.

Bu gün konflikti olmayan yüzlərlə dövlətlər arasında sərhəd məsələsində anlaşılmazlıqlar davam edir. Azərbaycanın 44 günlük müharibədə Gürcüstanla münasibəti ən yüksək səviyyəyə çatdı. Ancaq məlumdur ki, müstəqillikdən bu yana məlum məbəd ərtafında və digər məsələlərdə sona qədər uzlaşmanı tapmaq mümkün olmayıb. Düşünün ki, Gürcüstanla Ermənistan arasında da eyni vəziyyət var. Belə olan halda da torpaqların işğaldan azad olunmasını zəfər səlnaməsi kimi qeyd etməyimizin səbəbləri var. Birinci olaraq vətən sərhəddən başlayır. İkincisi oradakı bütün yüksəkliklər Azərbaycanın tabeliyindədir. Buna görə də Ermənistan xof içərisindədir.

10 noyabrdan sonra bağlı qapılar arxasında gedən sərhəd müzakirələri özünün uğurlu nəticəsi ilə sona çatacaq və Azərbaycanın bir metrdə torpağı düşmən tapdağında qalmayacaq. Bu məsələ haqqında bütün gizlinlər cəmiyyətə bəlli deyil. Zəngilanın hansı kəndlərində ermənilər yaşayırdı, son günlərdə hərbi əməliyyatlar Ermənistanın sərhədinə tam yaxınlaşsaydı, nəyin olacağı heç kəsi bəlli deyil. Bizim mediada Zəngəzurun bir hissəsinin bizə qaytarıllar kimi yalnış informasiyalar həsrətdən doğur. Əslində o torpaqların hamısı Azərbaycan SSR-in inzibati əraziləridir.

2010-cu ildə Ermənistanda ərhədlərlə bağlı qanun qəbul olunsa da, Ermənistan əraziləri işğal altında saxlamaqda davam edirdi və indi də buna cəhd edir. Qeyd edim ki, Tovuz, Qazax, Gədəbəy bölgələrində hələ də sərhədlərin demarkasiyası baş verməyib. Bu prosseslər hələ irəlidədir. Ancaq onu da qeyd edim ki, sərhəd nişanlarını irəliyə vurmaq, orada postlar qurmaq, orda keşik çəkmək ermənilərin çoxdankı ənənələrinə aiddir. Amma bu yolla ermənilər heç nəyə nail ola bilməyəcəklər. Hazırda ermənilərin hay-küy saldığı sərhədlər Qarabağa aid deyil. Söhbət Azərbaycanla Ermənistan arasında SSRİ dövründə mövcud olan inzibati sərhədlərindən gedir və bu sərhədlər də bərpa olunacaq. Buna görə də

Zahid Oruc: “Ermənistanı özünü məruz qoyduğu iqtisadi, siyasi, hərbi fiaskodan onu heç kəs çıxara bilməz. Ermənistan yalnız Türkiyə və Azərbaycanın köməyi ilə böyük sarsıntıdan, mənəvi və maddi böhrandan çıxa bilər”.

AzərbaycanErmənistan arasında diplomatik tanıma mövcud olmadığına görə bu prosses hazırda Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir və sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanla Ermənistan arasında qalıcı sülhün əsas təminatlarından biridir.

Ermənistan hakimiyyətini kəskin tənqid edən dairələr indi buna görə, yəni SSRİ dövrünün inzibati sərhədini tanıdığına görə Baş nazir Paşinyanı kəskin tənqid edirlər. Hətta Seyran Ohanyan Paşinyana məktub yazdı ki, əgər siz Sovet xəritəsini götürsünüzsə, indi də Google peyk xəritəsi vasitəsilə bizim taleyimizi məhv edirsinizsə, onda bu sualıma cavab ver: Sovet dövründə Qarabağ Azərbaycanın tərkib hissəsi olub. Bu o deməkdirmi ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır?

Buna görə də Azərbaycanın yanaşması odur ki, sərhəd xəttini ordumuz müəyyən edir. Biz o zaman da deyirdik ki, bizim əsgər və zabitlərimiz harada dayanacaqsa, sərhəd ora olacaq. Bir daha qeyd edim ki, elə məsələlər var ki, onları tam açıqlamaq mümkün deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ərəb fondları Qazaxıstan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoymağı planlaşdırır

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar