Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kriptovalyuta rekord vurur

Bitkoinin dəyəri maksimum səviyyəyə çatdı. Binance birjasının məlumatlarına görə, bitkoinin qiyməti təxminən 13 faiz artaraq ilk dəfə 22 min dollar səviyyəsindən yüksək olub.

PİA.az Sputnik Azərbaycan-a istinadla bildirir ki, beləliklə, bu elektron valyuta tarixi maksimumunu yeniləyib.

İyirmidən çox birja üzrə orta qiyməti hesablayan CoinMarketCap portalının verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 07.19-a olan vəziyyətə əsasən, bitkoin 13,49 faiz bahalaşaraq 22.058 dollara bərabər olub. Binance-də isə 14,20 faiz artaraq 22,069 dollara çatıb.

"Bitkoin tarixi maksimum səviyyəsinə çatdıqdan sonra kəskin şəkildə yüksəlməyə başladı və hazırda 22 min dollardan baha satılır. Mən vəziyyətin bir qədər düzələcəyini gözləyirdim, amma göründüyü kimi, 17,5-19,5 min dollar arasındaki bu konsolidasiya mənfəətin qeyd alındığı dövr olub", - deyə müstəqil ekspert Mansur Hüseynov RİA Novosti-yə bildirib.

O, əgər iki gün ərzində bitkoinin dəyəri 20 min dollardan kəskin şəkildə aşağı düşməsə, artımın davam edəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, bitkoin - 2008-ci ildə Satoşi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunmuş və 2009-cu ildə açıq mənbəli proqram kimi istifadəyə verilmiş elektron valyutadır. Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən asılı deyil. Bitkoin heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa alınıb-satıla bilir. Bitkoin əməliyyatlarının təhlükəsizliyi isə bitcoin miner adlanan serverlər tərəfindən təmin edilir.

pia.az 


Etiket: Kriptovalyuta


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar