Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərdən növbəti həyasızlıq: Dağlıq Qarabağda yeni hökumət qurmaq istəyirlər

Qarabağdakı separatçılar yeni hökumət qurmağa hazırlaşır.

Erməni KİV xəbər verir ki, “Milli Dirçəliş” partiyasının sədri Ayk Xanumyan təzyiqlərə sinə gərmək üçün Qarabağda yeni hökumətin qurulmasının vacibliyindən danışıb.

Bundan əvvəl məlumat yayılmışdı ki, Ayk Xanumyana vəzifə verilib. Lakin partiya sədri deyib ki, məlumat təhrif olunub. Onun sözlərinə görə, əslində siyasi qüvvələrlə yeni hökumətin qurulması istiqamətində danışıqlar aparılır. “Araik Arutyunyanın da iştirak etdiyi danışıqlar bitdikdən sonra hansı siyası qüvvənin bu məsuliyyəti üzərinə götürəcəyi bəlli olacaq. Danışıqlarda Araik Arutyunyan da iştirak edir. Yeni hökumət qurulacağı təqdirdə biz məsuliyyəti öz üzərimizə götürməyə hazırırq”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, yeni hakimiyyət formalaşması prosesində Araik Arutyunyanın istefası zərurət deyil. “DQR”in “konstitusiyası”na görə “prezident” seçildiyi vaxtdan 1 il sonra istefa verə bilər. Bu halda Araik Arutyunyanın 2021-ci ilin mayına qədər vaxtı var.

Xanumyan deyib ki, Araik Arutyunyan istefa verəcəyi təqdirdə isə “parlament” də buraxılmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar