Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir

Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir.

PİA.az-ın məlumatına görə, bu, Milli Məclisin dekabrın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əskini tapıb.

Qanun layihəsinə əsasən, Mülki Məcəllənin 950.1-ci maddəsində Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli (50) faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılması üzrə subsidiary məsuliyyət haqqında müddəanın çıxarılması təklif olunur.

Qeyd edək ki, hazırda bank əmanətləri “Əmanətlərin sığortalanması haqqında” qanun əsasında yaradılmış əmanətlərin sığortalanması sistemi vasitəsilə icbari qaydada sığortalanır və bankların defolt halında ASzərbaycan Əmanətlərin Sığortalanmasl Fondu tərəfindən kompensasiya olunur.

Məlum olduğu kimi, Mülki Məcəllə 2000-ci ildən qüvvəyə minib və qanunvericilikdə əmanətlərin icbari sığortalanmasına dair tələb müəyyən edildikdən sonra nəzarət zərfi dövlətə məxsus banklar üzrə Azərbaycan dövlətinin subsidiar məsuliyyəti aradan qaldırılmayıb.

Öhdəliklər üzrə subsidiar məsuliyyət müəyyən edən Mülki Məcəllənin 453-cü maddəsinə əsasən, əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.(APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ən çox oxunanalar