Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdan getmək istəyən ermənilər Xankəndidə saxlanılır

44 günlük müharibə nəticəsində azad edilən ərazilərdən, eləcə də Azərbaycana təhvil verilən AğdamKəlbəcərdən çıxan ermənilərin Xankəndi və Əsgəranda yerləşdirilməsinə çalışılır.

Bu barədə erməni mediası yazır.

Xankəndidə qalan separatçılardan Artur Arutyunyan bu faktı təsdiq edib. Bildirib ki, hazırda Xankəndidə evləri olan, amma burada yaşamayan şəxslərlə əlaqə saxlanılır, onların mənzilləri təcili inventarlaşdırılır. Və bu mənzillərdə evlərini “itirən” ermənilər yerləşdirilir.

Arutyunyan əlavə edib ki, evləri olmayan çoxlu erməniyə müvəqqəti sığnacaqlar ayrılıb. O cümlədən uşaq bağçaları və mədəniyyət evləri.

İlkin hesablamalara görə, bu iki aylıq proses zamanı təxminən 25 min erməni onlara məxsus olmayan, amma özlərinin hesab etdiyi evlərini itirib.

Ermənilər bu insanları Xankəndidə saxlamaq üçün müxtəlif addımlar atırlar. Məsələn, bir il ərzində burada yaşayan ermənilər elektrik enerjisinə, internetə və telefonə ödəniş etməyəcək. Eyni zamanda hər ailə başına 60 min dram pul veriləcək.

Separatçılar bu vasitələrlə Qarabağı tərk etmək istəyən mülki erməniləri Xankəndi və ətrafında saxlamağa çalışır.(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar