Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhəddin Əkbər: “Rusiya hər iki tərəfə zorla öz “sülhməramlı” missiyasını qəbul etdirdi” - Müsahibə

Siyasi şərhçi: “Bundan sonra ATƏT-in Minsk qrupu daha aktiv və aqressiv şəkildə işə cəlb olunmağa çalışacaq”

“Dağlıq Qarabağa statusun verilməsi məsələsində Fransa və ABŞ xüsusi aktivlik göstərəcəklər”.

Bu sözləri Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyətini PİA.az-a şərh edərkən bildirib.

Xəbər verdiyimiz kimi artıq Ermənistana göndərilən Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar.

Rusiya müdafiə nazirliyinin yaydığı məlumatda belə deyilir ki, “Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”.


Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət etmək üçün 1960 nəfərlik hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət Rusiya sülhməramlı kontingenti yerləşdirilir.

Dağlıq Qarabağ ərtafında baş verən son hadisələr və Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi, o cümlədən ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyəti ilə bağlı PİA.az-ın əməkdaşı Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbərlə kiçik müsahibə edib.

Sülhəddin Əkbər: “Mən ATƏT-in Minsk qrupunun həmsədrlərini “erməni dostluq qrupu” adlandırmışam”.

PİA.az Sülhəddin Əkbərlə olan kiçik müsahibəni oxucularının diqqətinə çatdırır.

- Sülhəddin bəy, Rusiya və Türkiyə arasında Dağlıq Qarabağ anlaşmasından və Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşməsindən sonra ATƏT-in Minsk qrupunun taleyi necə olacaq? Artıq bu qurum buraxılmalıdırmı, yoxsa əksinə Azərbaycan ATƏT-in vasitəçiliyindən istifadə etməkdə davam etməlidir?

- Təbii ki, ATƏT-in Minsk qrupu buraxılmayacaq. Bundan sonra ATƏT-in Minsk qrupu daha aktiv və aqressiv şəkildə işə cəlb olunmağa çalışacaq. Onsuz da ABŞ və Fransa böyük ölçüdə təşəbbüsü Rusiyaya verib.

Digər tərəfdən də Türkiyənin prosesə aktiv qoşulması heç şübhəsiz həm Vaşinqtonu, həm də Parisi narahat edəcək. Buna görə də onlar Dağlıq Qarabağa statusun verilməsi məsələsində xüsusi aktivlik göstərəcəklər. Fransa xarici işlər nazirinin ilk açıqlaması da bunu sübut edir.

- Fransadan söz düşmü.kən, prezidenti Makronun dəftərxanasının yaydığı açıqlamada bildirilib ki, Dağlıq Qarabağ probleminin həllində Ermənistanın maraqları nəzərə alınmalıdır. Həmçinin açıqlamada Türkiyəyə qarşı yenidən hədə-qorxu gəlinib. ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın beynəlxalq hüquqa zidd olaraq birtərəfli mövqe nümayiş etdirməsi bu ölkənin vasitəçiliyindən Azərbaycanın imtina etməsinə əsas vermirmi?

- Mənim bu barədə fikirlərim açıqdır. Mən ATƏT-in Minsk qrupunun həmsədrlərini “erməni dostluq qrupu” adlandırmışam.

Sülhəddin Əkbər: “Rusiyanın Dağlıq Qarabağa sülhməramlı qüvvələrini yerləşdirməsi gözlənilən addım idi”.

- Rusiya sülhməramlıları məlum bəyanatın imzalanmasından həmən sonra Dağlıq Qarabağda yerləşdi. Sülhməramlı mandatı almaq üçün BMT-nin verəcəyi mandata ehtiyac yoxdurmu və beynəlxalq hüquq baxımından BMT-nin mandatı olmadan Rusiyanın Dağlıq Qarabağda sülhməramlıları missiyası nə qədər qanunudir?

- Rusiyanın Dağlıq Qarabağa sülhməramlı qüvvələrini yerləşdirməsi gözlənilən addım idi. Mən verdiyim müsahibələrdə də bildirmişdim ki, Rusiya hər an Qarabağ müharibəsinə müdaxilə edə bilər. Həmçinin demişdim ki, Rusiya 300 illik strateji layihəni Azərbaycanın bir anın içində yox etməsinə imkan verməyəcək.

Bunu görən də Azərbaycan əsgəri Xankəndinin qapısının ağzında dayanan anda Rusiya işə müdaxilə etdi. Rusiya hər iki tərəfə - həm Bakıya, həm də Yerevana zorla öz “sülhməramlı” missiyasını qəbul etdirdi.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar