Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Naxçıvan Qarnizonu Qoşunlarında oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

PİA.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri təbrik etdilər və hərbi andı qəbul etməyin sevincini yaşayan əsgərlər də döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz veriblər.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman bildirilib ki, Ordumuzun qazandığı 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərləri, hazırda işğal altında olan ərazilərimizin azad olunması uğrunda həyata keçirilən uğurlu əks-hücum əməliyyatı hər birimizi qələbəyə ruhlandırır. Ümummilli Lider Heydər Əliyevin hərbi-elmi əsaslarla formalaşdırdığı Milli Ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, işğal altındakı torpaqlarımızı düşməndən azad edən peşəkar Ordumuz dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazır. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənc əsgərlərimiz də bütün döyüş tapşırıqlarını peşəkarcasına yerinə yetirən hərbi qulluqçularımız kimi Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlar.
Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar