Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər həmin şəxsləri ölümlə hədələyir…” - Polkovnik

Döyüş meydanında məğlub olan Ermənistan İranRusiyanı dəfələrlə münaqişəyə cəlb etmək istəsə də, bu addım baş tutmadı. Rusiya prezidentinin məlum bəyanatından sonra İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyinin, ardınca Prezident Həsən Ruhaninin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi rəsmi İrəvan üçün olduqca gözlənilməz oldu.

Beynəlxalq dəstəyi öz tərəfinə çəkə bilməyən Ermənistan, eləcə də dünyadakı erməni diasporu vəziyyətdən çıxış yolunu dezinformasiya yaymaqda, ayrı-ayrı şəxslərə hədə-qorxu gəlməkdə görür. Belə ki, ermənilər Azərbaycanın haqlı mövqeyini müdafiə edən dövlətləri, o cümlədən ictimai-siyasi xadimləri, jurnalistləri, hərbi ekspertləri təhdid etməyə başlayıblar. Məsələn, İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalıb. Rusiyanın hərbi eksperti İqor Korotçenko və jurnalist Maksim Şevçenko ermənilər üçün çalışan “beşinci kolon” tərəfindən təhqir və təhdid olunub. Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin müşaviri Vladimir Poqosyan isə açıq şəkildə İsraili hədələyib. Bu kimi faktlar onlarladır.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ermənilərin təhdidə əl atması heç də təəccüblü deyil:

“Biz erməni cəmiyyətinin qısa da olsa, inkişaf tarixinə baxsaq, görərik ki, bütün fəsillərdə erməni terrorçularının adına rast gəlirik. Bir dövlət faşizmlə əlbir olaraq İkinci Dünya Müharibəsində insanların qanını tökən terrorçu Nijde Qarageni milli qəhrəman elə edirsə, onun təhdidləri də təəccüb doğurmamalıdır. Onlar Monte Melkanyan kimi birini də öz milli qəhramanları elan ediblər. Bu şəxs Avropada beynəlxalq terrorçular sırasındadır. Ümumiyyətlə, biz beynəlxalq terrorçular arasında erməni soyadına çox rast gələ bilərik”.

Hərbi ekspert qeyd edib ki, Dağlıq Qarabağ işğal olunandan sonra orada terrorçu qrupların yuvaları salınıb:

“Mütəmadi olaraq orada terrorçular, muzdlu əsgərlər hazırlanıb. Yəni Ermənistan dövləti daima terrorçularla əlbir olub. İndi də onlar sivil etikadan kənar olaraq başlayıblar düzü deyənlərə hədə-qorxu gəlməyə... Həmin şəxsləri ölümlə və digər məsələlərlə hədələyirlər. Məsələn, Fransadan gələn jurnalist də bu qəbildəndir. Onun Fransada internet resurslarda çıxan videomateriallarını qısa bir zamanda erməni diasporu xəbər lentindən sildirdi. Fikrimcə, orada da müəyyən təzyiqlər var. Biz bilmirik, hətta bəlkə onu da ölümlə hədələyiblər. Bütün bunları mətbuat terroru adlandırmaq olar”.

Həmsöhbətimiz vurğulayıb ki, ermənilər onlara sərf etməyən hansısa məlumat yayılanda dərhal hərəkətə keçirlər:

“Hesab edirəm ki, onların bu addımları ancaq sivil addımlar deyil, onlar qeyri-etik davranışlar nümayiş etdirirlər. Biz bunu hər an görürük. Kaliforniyada Azərbaycan gəncləri ordumuza öz dəstəklərini göstərəndə orada belə ermənilər dava saldılar. Demək istədiyim odur ki, ermənilərə harada olmaqlarının fərqi yoxdur, onlar Ermənistanda, Rusiyada, Amerikada, yaxud Fransada da eyni düşüncənin sahibidirlər. Onların xəmiri terrorla yoğrulub. Daxillərində olan bu nifrət potensialı boş yerə deyil ki...

Onların bu məkrli niyyətləri Azərbaycan torpaqlarının işğalına səbəb oldu. Düşünürəm ki, 30 il torpaqlarımızı işğal altında saxlayan, Xocalı faciəsini törədən vəhşi xislətli şəxslərdən başqa nəsə gözləmək olmaz. İndi biz öz kəndlərimizi azad edirik, görürsünüz, insan düşüncəsinə sığışmayan şəkildə, vandalizmin son həddində o kəndləri yerlə yeksan ediblər. Bax, budur erməni... Bu onların daxilində olan xüsusiyyətdir, biz bunu anlamalı, yaddaşımızda saxlamalıyıq. Sabah qonşuluq münasibətimiz olsa da, onlara heç vaxt etibar etməməli, məsafəni qorumalı, arada məhdudiyyətlər qoymalıyıq. Terror kölgə kimi daima onlarla olub”.

Şair Ramaldanov diqqətə çatdırıb ki, bu təhdidlərlə ermənilər heç nəyə nail olmayacaqlar:

“Heç nə onların xeyirinə dəyişməyəcək. Çünki əsas sözü Azərbaycan Ordusu deyir. Onlar kimlərəsə təzyiq edə, ölümlə hədələyə bilərlər. Yəqin ki, bu addımla digərlərini qorxutmaq istəyirlər. Bunlardan nə olsa, gözləmək olar. Amma onsuz da tarixi qisasımızı ordumuz döyüş meydanında alır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar