Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər rusiyalı hərbi ekspertləri öldürməklə hədələyirlər

Rusiyanın tanınmış ictimai xadimləri - hərbi ekspert İqor Korotçenko və jurnalist Maksim Şevçenko Rusiyanın erməni lobbisi və ermənilər üçün çalışan "beşinci kolon" tərəfindən təhdid edilir, təhqir olunurlar.

"Gradator.Ru"-nun verdiyi məlumata görə, bu cəsur ruiyalılar Rusiyanın Ermənistan tərəfindən Qarabağ müharibəsinə qarışmamalı olduğunu söyləməkdən çəkinmədilər, çünki bu, beynəlxalq hüquqa ziddir və Rusiyanın milli təhlükəsizliyi baxımından təhdidlər yaradır.

Bundan əlavə, bu ekspertlər silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistanın maraqları uğrunda rusiyalıların ölməməli olduqlarını və bu səbəbdən baş verənlərdən ermənilərin özlərinin məsuliyyət daşıdığını bildirirlər.

Nəticədə, Rusiyanın erməni lobbisi onlar üçün əlverişsiz olan ekspertləri susdurmağa çalışırlar. Onlar rusiya mediasının erməni bataqlığındakı "üsyançıları" qorxutmağa və onlara böhtan atmağa çalışırlar.

Bir müddət əvvəl erməni milliyətçiləri M.Şevçekonu öldürməklə hədələyirdilər. İndi isə İ.Korotçenkonun şəxsiyyətini və ləyaqətini gözdən salmağa çalışırlar. Hərbçi, nüfuzlu "Voennoye Obozreniye" jurnalının baş redaktoru, Rusiya dövlət xadimi İqor Korotçenko indi bütün erməni sürüsünün hücumuna məruz qalıb.

Erməni lobbisi Rusiyadakı sındırmağa, qorxutmağa və beləliklə söz azadlığına təzyiq göstərməyə çalışırlar. Onlar söz azadlığını erməni çərçivəsi ilə məhdudlaşdırırlar. Əks təqdirdə, insanlara qarşı qarayaxma kampaniyası aparırlar və hətta öldürməklə hədələyirlər.

Bizim buna susmağımız boyun əymək anlamına gəlir. (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar