Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell"in Mobil Göz klinikası şəhid ailələri, məcburi köçkün və qaçqınları müalicə edəcək - Foto

Azercell Telekom” MMC 8 oktyabr Ümümdünya Görmə günü münasibətilə növbəti xeyirxah təşəbbüsü həyata keçirir.

Şirkətdən verilən məlumata görə, operator vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığı bu həssas zamanda torpaqlarımızın müdafiəsində dayanıb, canından keçmiş igid şəhidlərimizin ailələri, sərhədlərimizi qoruyan cəsur Qarabağ müharibəsi iştirakçıları və qazilərimiz, eləcə də illərdir öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımız üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edir.

Müayinələr bu gün saat 9:00-dan 14:00-dək Masazır qəsəbəsi, N. Tusi küçəsi, 6 ünvanında “Azercell”in ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunmuş “Mobil Göz Klinikası” və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin klinikasında həyata keçirilir. Layihə çərçivəsində göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi kimi xidmətlər ödənişsiz əsaslarla göstərilir. Ehtiyac yarandığı təqdirdə müraciət edənlərə optik eynəklər də paylanılır. Qeyd edək ki, xidmətlərdən yararlanmaq üçün vətəndaşlardan müvafiq kateqoriyaya aid olmalarını təsdiq edən sənədi göstərmək xahiş edilir. Müayinələr zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində təsdiq edilmiş bütün tələblərə də riayət edilir.

Azercell Telekom” MMC torpaqlarımızın keşiyində cəsurca duran hər bir hərbçimizə, onların ailələrinə dərin təşəkkürünü bildirir! 2010-cu ildən fəaliyyətə başlayan “Azercell

in Mobil Diş və 2011-dən çalışan Mobil Göz klinikaları bu günə qədər minlərlə xüsusi qayğıya ehtiyacı olan vətəndaşı, kimsəsiz uşaqları və aztəminatlı ailələri müalicə edib.

Xatırladaq ki, bu gün dünyada 2,2 milyarddan çox insan görmə qüsurlarından və ya korluqdan əziyyət çəkir ki, onlardan 1 milyardı məhz ilkin səhiyyə xidmətlərindən yararlanmadıqları üçün bu problemlə üzləşib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar