Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda Çin-ABŞ müharibəsi: Pekin rəhbərliyinin Bakıda hansı maraqları var?..

Görünür, Oğuz Kağanın yaylaq kimi istifadə etdiyi Qarabağ təkcə türk dünyasının boğazı deyil, həm də ABŞ, Çin və Rusiya arasında gedən hakimiyyət mübarizəsi üçün strateji bir döyüş meydanıdır...

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 2 Oktyabr 2020-ci il

Türkiyə-Ermənistan münasibətləri barədə kitabı olan vəkil Gülseren Aytaş son proseslərlə bağlı bəzi önəmli təsbitlər irəli sürüb:

“Almatı və BMT qərarlarından əvvəl məsələ ilə bağlı ən vacib hüquqi sənəd sərhədləri təyin edən 1921-ci il Qars müqaviləsidir. Bu müqaviləyə görə, Qarabağ Azərbaycana məxsusdur. Ancaq Qarabağı işğal edən Ermənistan nə beynəlxalq məhkəməyə çıxarıldı, nə vurduğu ziyana görə məsuliyyət daşıdı, nə də günahkarlar cəzalandırıldı. Vasitəçi rolunu götürən ABŞ-Rusiya-Fransa üçlüyü isə bunları gündəmə gətirmək əvəzinə, Azərbaycanın işğal olunmuş ərazilərini geri almasının qarşısını aldı və beynəlxalq qanunlara zidd olan Madrid prinsiplərini yaratdı”.

Azərbaycanla Ermənistan arasındakı danışıqlar 2007-ci ildə qəbul edilmiş "“Madrid prinsipləri” çərçivəsində aparılır. Bu prinsiplər arasında ermənilər tərəfindən işğal olunmuş Qarabağ ətrafındakı 7 Azərbaycan şəhərinin boşaldılması, Qarabağa müvəqqəti bir status verilməsi, bölgənin bir dəhliz vasitəsilə Ermənistana bağlanması, qaçqınların evlərinə qayıtması və daha sonra keçiriləcək referendumla daimi statusun müəyyənləşdirilməsi kimi tələblər yer alır.

“Əgər dəhliz məsələsində də razılıq əldə olunsa, o zaman daha bir həll yolu həyata keçiriləcək, Türkiyə-Ermənistan protokollarının təsdiqlənəcək və Türkiyə Haaqa məhkəməsinə çıxarılacaqdı. 1921-ci il Qars müqaviləsinə, insan haqlarına və milli hüquqlara zidd olan bu layihə arxivə atılsa da, tamamilə ləğv edilməyib”.

Bu məlumatlardan sonra keçək əsas mövzumuza. Qarabağdakı qarşıdurmalar davam edərkən Çin Beynəlxalq Radiosunda: “Çin Azərbaycanın paytaxtı Bakını bir logistika mərkəzinə çevirir”, deyə bir açıqlama verilib.

Yayımda qısaca deyilib:

“Çinlə Avropa arasındakı ortaq nəqliyyat dəhlizinin mərkəzində yerləşən Azərbaycan Çin üçün etibarlı bir tranzit tərəfdaşıdır. Bu əməkdaşlığın nümunəsi isə 10 sentyabr 2020-ci ildə fəaliyyətə başlayan, Çinin Cina şəhəri ilə Azərbaycanın paytaxtı Bakını birləşdirən yeni Çin-Avropa konteyner qatar marşrutudur. Bu yeni marşrutdan istifadə edən ilk yük qatarı qısa müddətdə Bakıya çatacaq. Həmin marşrut üzrə səyahət vaxtının 15-18 gün olacağı təxmin edilir”.

“Bir Kəmər Bir Yol” təşəbbüsü çərçivəsində Çinlə Azərbaycan arasındakı səmərəli əməkdaşlığın digər bir nümunəsi də Çindən Azərbaycan vasitəsilə İstanbula gedən 43 vaqonluq yük qatarı xidmətinin 20 İyun 2020-ci il tarixində başlaması olub.

Avropaya nəql fəaliyyətini şaxələndirmək istəyən Çin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tam iştirakçısına çevrilə bilər və Azərbaycan Çinin “Yeni İpək Yolu”nu yaratmasında nümunəvi bir tərəfdaş kimi çıxış edə bilər”.

Çin bu şəkildə “Bir Kəmər Bir Yol” layihəsində Azərbaycanın ciddi rolunu vurğulayarkən AKP sözçüsü Ömər Çelikin də həmin vaxtda verdiyi bir açıqlama olduqca diqqət çəkib: “Türkiyə uyğur türkləri və Şərqi Türküstandakı digər müsəlman cəmiyyətlərin hüquqlarına, vicdan azadlığına hörmət edilməsini və buradakı düşərgələrin bağlanmasını davamlı olaraq Çin nümayəndələrinə bildirir”.

Çindən iqtisadi gözləntiləri olan AKP hökuməti bu günə qədər Şərqi Türkistandakı uyğur türkləri ilə bağlı heç danışmamışdı. Belə çıxır ki, Ermənistanla Azərbaycan arasındakı Qarabağ münaqişəsi birbaşa olaraq Çinin “Bir Kəmər Bir Yol” layihəsi ilə əlaqəlidir və ABŞ-la Rusiya Qafqaz vasitəsilə Çinə mane olmağa çalışır. Çünki Çinin bu layihəsi Türkiyə olmadan həyata keçirilə bilməz.

Hər zaman uzaqgörənliyi ilə diqqət çəkən Sinan Oğan da: “ABŞ administrasiyası BakıYerevandakı vətəndaşlarına səyahətlə bağlı xəbərdarlıq verdikdən bir gün sonra Ermənistan Azərbaycana hücum etdi”, deyə açıqlama verib.

Qısaca desək, Oğuz Kağanın yaylaq kimi istifadə etdiyi Qarabağ təkcə türk dünyasının boğazı deyil, həm də ABŞ, Çin və Rusiya arasında gedən hakimiyyət mübarizəsi üçün strateji bir döyüş meydanıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Ən çox oxunanalar