Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cəbhədə vəziyyət hər an dəyişə bilər, çünki...”

Sualları politoloq İlqar Vəlizadə cavablandırıb.

PİA.az müsahibəni təqdim edir.

– İlqar müəllim, iyul ayında Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində qarşı tərəfin hazırladığı təxribatın şahidi olduq. Düşmən layiqli cavabını alıb yerinə oturdulduqdan sonra avqust ayında diversiya qrupunun komandiri Goranboy rayonu istiqamətindən ərazimizə soxularaq təxribat törətməyə çalışdı. Sizcə, qarşıdakı dövrdə də belə təxribat hadisələri baş verə bilərmi?

– Əlbəttə, baş verə bilər. Hadisələr göstərir ki, bu hadisələr həm xarakter baxımından, həm də onun coğrafiyası baxımından müxtəlif olur. Məsələn, iyulun 12-də Tovuz istiqamətində gərginlik yaşanırdısa, avqustda Goranboy istiqamətində təxribat hadisəsi qeydə alındı. Çox güman ki, Qazax istiqamətində də gərginlik yaşana bilər. Hər halda ötən illərdə biz bu gərginliyi görürdük. Eyni zamanda cəbhə xəttində vəziyyət hər an dəyişilə bilər. Çünki burda da təhlükəli proseslər gedir. Xüsusilə cəbhə xətti boyunca və ona yaxın olan ərazilərdə... Nikol Paşinyanın cəbhə xəttinə yaxın ərazilərə, yəni işğal olunmuş torpaqlarımıza – Dağlıq Qarabağ səfəri onu göstərir ki, Ermənistan tərəfi buradakı qoşun birləşmələrini gücləndirmək niyyətindədir.

Digər tərəfdən biz görürük ki, bu fonda digər təhlükəli proseslər gedir. Yəni erməni tərəfi işğal olunmuş ərazilərimizə Livandan qaçqınları yerləşdirmək niyyətindədir. Mən düşünürəm ki, ümumiyyətlə bu proseslər bir-birini tamamlayır. Digər tərəfdən son bir ay ərzində Ermənistanda “Müdafiə haqqında” qanuna əlavələr edilməsi ictimai müzakirəyə çıxarılıb. Bu əlavələr mobilizasiyanı, yəni mülki vətəndaşların orduya cəlb olunmasını, könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sisteminin yaradılmasını nəzərdə tutur. Burada da çox güman ki, gələnlərin hesabına ordunun komplektləşdirilməsinə xidmət etmək nəzərdə tutulur. Belə ki, Livandan, yaxud Suriyadan köçürülən insanlara Ermənistanda yaşayış icazəsi, sonra vətəndaşlıq verilir. Yəqin ki, yaranmış vəziyyətdə Ermənistan dövləti onları da orduya cəlb etmək niyyətindədir. Çünki yerli insan resursları bir çox hallarda kifayət etmir. Onlar başqa vasitələrə əl atmaqda maraqlıdırlar. Bütün bu proselər bir-birini tamamlayır. Bir-biri ilə əlaqəli olan bu prosslər son nəticə etibarilə əlbəttə ki, cəbhədə və ya Ermənistan-Azərbaycan sərhədində gərginlik formasında öz əksini tapır.

– Sentyabrın 10-da Nikol Paşinyanın başçılığı ilə Ermənistan hökumətinin iclası keçirilib. Paşinyan iclas zamanı Avrasiya İqtisadi İttifaqı ölkələrinə müraciət edərək birlik ölkələri vətəndaşları üçün sərhədlərin açılması imkanlarını müzakirə etməyin vaxtının çatdığını bəyan edib. Bu çağırışı yeni növ koronavirus infeksiyasının Ermənistanda acınacaqlı vəziyyət yaratmasının daha bir göstəricisi saya bilərikmi?

Ermənistan koronavirus pandemiyasının təsirlərinə ən çox məruz qalan ölkələrdən biridir. Xüsusilə son vaxtlar çox pis vəziyyətə düşüb. Onsuz da dünyanın bütün ölkələri pandemiyadan əziyyət çəkirlər. Ölkələrin mütləq əksəriyyətinin sosial-iqtisadi vəziyyəti yaxşı deyil. Sadəcə, bəzi ölkələr daha yaxşı tədbirlər görüblər. Onların iqtisadi potensialı yaranmış çətinliklərlə mübarizə aparmağa imkan verir, onlar adekvat həll yolları tapa bilirlər. Daha zəif ölkələr, o cümlədən Ermənistan daha çətin vəziyyətə düşüblər. Baxın, Ermənistan Rusiyadan və ümumiyyətlə MDB bazarından kritik dərəcədə asılı olan bir ölkədir. Onların məhsulları əsasən bu bazara çıxarılır. Yeri gəlmişkən iyul hadisələri də bunu göstərdi. Belə deyək, “ərik böhranı” baş verdi. İxrac olunan bəzi məhsulların hesabına Ermənistan öz gəlirlərini təmin edir. Digər tərəfdən Ermənistanın işçi qüvvəsi də eyni zamanda MDB-nin ölkələrində özlərinə iş axtarır və qazandıqları pulları da geriyə – Ermənistana göndərirlər. İndi karantinlə, sərhədlərin bağlanması ilə bağlı bu imkanlar xeyli çətinləşib. Həm öz məhsullarını həmin ölkələrin bazarlarına çıxarmaları – tranzit, nəqliyyat məsələləri, eyni zamanda insanların digər ölkələrə üz tutub orada işləyib, mövsümi qazanclarını Ermənistana ötürmələri məsələsi çox çətinləşib. Bir tərəfdən də artıq ikinci onillikdir ki, Ermənistanı hər il orta hesabla 35-40 min nəfər birdəfəlik tərk edir. Bunlar daha çox daxildə iş tapa bilməyən, daxili bazarlarda öz səriştələrini nümayiş etdirə bilməyən insanlardır. Onlar xaricə – daha çox Rusiyaya və MDB-nin digər ökələrinə gedirlər. İndi sərhədlər bağlanıb, onlar heç bu ölkələrə də gedə bilmirlər. Rusiya, Qazaxıstan kimi Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrin qapıları onlar üçün bağlanıb. Onlar Ermənistanda qapanıb qalıblar. Ermənistanda onların işlə bağlı problemləri var. Bu da əlbəttə, dövlət üçün əlavə sosial-iqtisadi yükdür və onlar bu yüklə bacara bilmirlər. Ona görə də Paşinyan yalvarır ki, o ölkələrə sərhədlər açılsın, insanlar rahat gedib-gələ, mallarını sata bilsinlər. Paşinyanın çağırışları təxminən buna hesablanıb.

Rusiya tərəfi sentyabrın 21-dən 26-dək keçiriləcək “Qafqaz-2020” strateji komanda qərargah təlimlərinə 7 ölkəni dəvət edib. Bunlar Ermənistan, Belarus, Çin, Myanma, Pakistan, Azərbaycanİrandır. Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib ki, ilk beş ölkə ilə yerüstü təlimlər keçiriləcək, Xəzər akvatoriyasında olan təlimlər isə Azərbaycanİranın iştirakı ilə baş tutacaq. Rusiyanın Ermənistana silah-sursatla dolu təyyarələr göndərməsinin ardınca Azərbaycana belə dəvət göndərilməsini, şimal qonşumuzun bu jestini necə qiymətləndirirsiniz?

– Mən bu məsələyə bir qədər başqa cür baxmağın tərəfdarıyam. Doğrudan da son olaylarla bağlı mürəkkəb vəziyyət yaranıb. Ancaq digər faktlara, hadisələrə nəzər saldıqda görürük ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu avqust ayında Azərbaycana səfər etdi. O, dövlət başçısı və Müdafiə naziri ilə görüşlər keçirib. Bundan dərhal sonra Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun başçılıq etdiyi böyük bir nümayəndə heyəti Azərbaycana gələrək müxtəlif məsələlərlə bağlı müzakirələr aparıb. Mən düşünürəm ki, Rusiyanın Ermənistana silah-sursat ötürməsi ilə bağlı məsələ də müzakirə obyekti olub. Eyni zamanda bu ərəfədə Xəzər dənizində Ordu Oyunları çərçivəsində AzərbaycanRusiya hərbçilərinin birgə əməkdaşlığı olub. Zənnimcə, ümumiyyətlə bu hadisələr göstərir ki, Azəbaycan-Rusiya dialoqu davam edir. Azərbaycan Rusiya ilə dialoqu saxlamağa çalışır. Rusiya da bunda maraqlıdır. Niyə? Çünki bu dialoq, o cümlədən hərbi-siyasi dialoq pozulsa, o zaman Ermənistan müəyyən üstünlüklər qazana və bu vəziyyətdən istifadə edərək RusiyaAzərbaycana qarşı yönəldə bilər. Onsuz da belə cəhdlər var. Elə iyul hadisələri də bunu göstərir. Amma bu dialoqun, dövlət başçıları və müdafiə nazirləri arsında birbaşa rabitənin olması bu riskləri, təhdidləri azaldır.

Düşünürəm ki, Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq “Qafqaz-2020” təlimlərində, xüsusilə onun Xəzər akvarotiyasında keçirilən hissəsində iştirak edir. Burada bir məqamı nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanla birgə hər hansı təlimlərdə iştirak etmək niyyətində deyil. Bu yaxınlarda belə bir təklif olub, ölkəmiz bundan imtina edib. Amma Xəzər dənizində Ermənistan və onun silahlı qüvvələri yoxdur. Burada Rusiya və digər ölkələr var. Azərbaycan Xəzər dənizində mühüm rol oynayır. Xəzərdə təhlükəsizliklə bağlı gedən proseslərdə, Xəzərin təhlükəsizlik sistemində böyük payı var. Rusiya da bu təhlükəsizlik sisteminin mühüm oyunçusudur. Eyni zmanda İran, Qazaxıstan və Türkmənistan var. Əlbəttə, biz burada ümumi təhlükəsizlik sistemi formalaşdırırıq. Buna görə də mən düşünürəm ki, bu bizim hərbi-siyasi üstünlüyümüzdür. Bu hərbi-siyasi üstünlüyü saxlamaqla, onlarla birgə təlimlərdə iştirak etməklə öz rolumuzu təsdiqləmiş oluruq. Əgər biz passivlik göstərsək, yaxud ümumiyətlə bu proseslərdə iştirak etməsək, yenə də Ermənistan qazanmış olur. Çünki bizim olmadığımız yerdə Ermənistanın mövqeyi daha çox səslənir. Biz onlara bu imkanları verə bilmərik. Xüsusilə də Xəzər regionunda. O regionda ki, bizim mövqelərimiz çox güclüdür.(Teleqraf)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Ən çox oxunanalar