Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Yaqublunun həbsi qəzəb doğurdu - "O hökm Azərbaycan məhkəmə sisteminə oxundu"

Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqubluya hökm oxunub. Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

T.Yaqublunun həbsi cəmiyyətin müəyyən hissəsinin qəzəbinə səbəb olub. Əksər sosial şəbəkə istifadəçiləri "Müsavat" fəalına oxunan hökmə öz etirazlarını bildiriblər. Dominant.az Tofiq Yaqubluya azadlıq tələb edən bir neçə məşhur sosial şəbəkə istifadəçisinin fikirlərini olduğu kimi təqdim edir:

İqbal Ağazadə: "Tofiq Yaqubluya qarşı məhkəmə-hüquq sistemi bir daha ədalətsizlik və haqsızlıq nümayiş etdirdi. Qaldırılan cinayət işi və keçirilən məhkəmə prosesi məzhəkədən o tərəfə keçmədi. Bu cür utancverici proseslərin keçirilməsi bir daha nümayiş etdirir ki, iqtidar hüququn aliliyindən çox uzaqdır. Tofiq Yaqublu və digər siyasi məhbuslara azadlıq tələb edirik".

Qulu Məhərrəmli: "Nizami rayon məhkəməsində neçə vaxtdan bəri oynanılan tamaşadan sonra bu gün Qarabağ döyüşçüsü Tofiq Yaqubluya oxunan hökm, bütövlükdə Azərbaycan məhkəmələrinin özünə oxunan hökmdür. Aydın şəxsiyyəti və məsləki ilə cəmiyyətin rəğbətini qazanmış T.Yaqublu özünün döyüşçü ruhu ilə QARABAĞın rəmzidir. Onunla ədalətsiz davranıb Vətəni gözdən salanlar tarix qarşısında cavab verməyə məhkumdurlar..."

Ələsgər Məmmədli: "Tofiq Yaqubluya oxunan hökm, əslində Azərbaycan məhkəmə sisteminə oxunan hökmdür. Ədaləti olmayan dövlət nə əbədi olar, nə də sarsılmaz! Dahi Nizami Gəncəvi yaxşı deyib:
Dinində dövlətin zülm haramdır,

Zalımlara dövlət candan düşmandır.

Samanlığa eşşək düşərsə nagah,

Deməm yazıq eşşək, samana eyvah!"

Şahin Cəfərli: "Tofiq Yaqublunun həbsi haqsızlığın və ədalətsizliyin zirvə nöqtəsidir. Bu hadisənin ölkədə rəsmi səviyyədə islahat kursunun elan olunduğu bir dönəmdə baş verməsi tragikomik bir təzad təşkil edir. İttiham və onun əsasında çıxarılan hökm o qədər absurddur ki, bu barədə danışıb, T.Yaqublunun günahsızlığını anlatmağa gərək belə yoxdur. Sədəcə olaraq, ölkəmizdə hələ də siyasi motivlə və şərləmə üsulu ilə insanların təqib olunması, həbsə atılması çox üzücüdür. Bu praktikadan tezliklə imtina olunmalıdır. Ümid etmək istərdim ki, hakimiyyət bu yanlışdan bir an öncə dönəcək və öz səhvini düzəldəcək.

Tofiq Yaqubluya azadlıq!"

Aygün Muradxanlı: "Quldur Çovdarovu burax, qazi Tofiq Yaqublunu həbs elə... Üstün zəkadır. Biz belə zəkanı anlamarıq".

Könül Şamilqızı: "Səndən daha cəsur, daha azad, daha vətənsevər, daha əxlaqlı, daha namuslu, daha dürüst kimsəni tanımadım mən ölkəmdə. Yenə səni şərləyərək ömründən daha 4 il 3 ay oğurlamış ola bilərlər, amma Səni məğlub edə bilməzlər! Sən bizim qəhrəmanımızsan! Sən o mənasız cəmiyyətdə, o riyakarlar ölkəsində, o bivec siyasətçilər qəbristanlığında ümidsən, işıqsan, təsəllisən!

Azər Rəşidoğlu: "Tofiq Yaqublu kimi əxlaqlı bir adamın qurama ittihamla növbəti dəfə həbs edilməsi rüsvayçılıqdı..."

Vaqif Qarayev: "Tofiq Yaqublunu şərləyib həbs edəndə nolur? Rüşvətxor məmurlarınız dinə-imana gəlir? Ağzının danışığınl bilməyən məmurlarınız ağıllanır? Əhali yağ-bal içində yaşayır? Bəlkə korona qaçıb gedir ölkədən?

Onsuz da Tofiqin özü də, ailəsi də kifayət qədər əzab çəkib....balasını itirib... İnsaf..."

Çingiz Özgür: "Deyək ki, bir adamı şərlədiz. Bu 10 milyonluq ölkədə də, 3-5 adamı inandıra bildiz ki, bu adam kiminsə maşınını əzib, özünü döyüb, və sairə. Dediz, inandıq da, orda olub gözümüzlə görməmişik a... Bəs sırf bu “məhəllə mübahisəsinə” görə DÖRD İL ÜÇ AY həbs nədi? İki şilləyə o boyda iş olur? Niyə özünüzü belə təhqiredici formada biyabır edirsiz? TOFİQ YAQUBLUnun hamımızdan daha çox haqqı var bu Vətən, bu torpaq üstündə! Ar olsun!"


Pərviz Həşimli: "Tofiq Yaqublu olduqca təvazökar insandır. Həyat elə gətirdi ki, bu insanla cəzaçəkmə müəssisəsində tanış olduq, çörək kəsdik, doğmalaşdıq. Özünün qəhrəmanlıqları haqqında heç zaman danışmayıb və kimlərinsə danışmasında da maraqlı olmayıb. Bilməyənlər üçün deyim ki, onun Qarabağ savaşındakı şücaətləri bu yaxınlarda itirdiyimiz mərhum general Polad Həşimovun qəhrəmanlıqları qədərdir. Bəlkə də çoxdur... Onun yeri həbsxana deyildi. Ədalətsiz bir hökmlə onun daha bir neçə ilini aldılar.

Aristotel yazırdı ki, ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilənlərdir. Həqiqətən dözülməzdir... Günahsızlığını sübut et, sonra da alınına cəza oxusunlar. Ölkənin məhkəmə-hüquq sistemini məhv edənlərdən biri - Ramiz Mehdiyev kürəkəninin haqlı inzibati cəzasına dözmədi, kükrədi. İllərdir ki, həyatlarını etmədiyi əmələ görə həbsdə keçirən insanlarımız, onların doğmalarının durumunu düşünün".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar