Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Bakıya qarşı “cavab addımı”

“Nezavisimaya qazeta”ya verilən sifarişin pərdəarxası...

Rusiyanın “Nezavisimaya qazeta” qəzetində yayınlanan məqalədə iki tezis ortaya atılıb. Birincisi, guya 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçü Azərbaycana gətirilib. İkincisi, Türkiyənin Naxçıvanda döyüş təyyarələrindən ibarət gücləndirilmiş hərbi bazası var.

Türkmən əsilli suriyalı döyüşçülər bu gün elə öz vətənlərinə və Türkiyəyə lazımdırlar ki, PKK və onu törəmə təşkilatlarıyla mübarizəni davam etdirsinlər. Onları bu müqəddəs işdən ayırmaq olmaz. Bunu Moskvada da anlayırlar. Ermənistan hakimiyyəti ordusuna rəsmən muzdluları toplamağa çalışır. Bu bir dövlətin ordusunun hansı vəziyyətdə olduğunu göstərir. Görünür, erməni lobbisi və Moskvada onlara bağlı mərkəzlər “Azərbaycan da Suriyadan muzdlu toplayır” gedişi ilə bizə cavab verdiklərini zənn edirlər.

Azərbaycan Müdafiə Nazirliyi qəzetdə yazılanları təkzib edib və məqalə müəllifini sifariş yerinə yetirməkdə ittiham edib. Sifarişin elə Kremldən verildiyini aydındır. “Nezavisimaya qazeta”ya dövlət əhəmiyyətli sifarişli yazılar əsasən Kremldən ötürülür. Bunu Rusiyanın ekspert dairələrində bilməyən yoxdur. Bəs bu yazı nəyə xidmət edir?

Moskva Bakının “sərhəddəki insidentdən sonra Ermənistana nə məqsədlə 400 ton yük daşımısız” iradına “Nezavisimaya qazeta” vasitəsilə cavab verib ki, “Siz də Türkiyənin hərbi bazalarına yaşıl işıq yandırırsız”. Müdafiə Nazirliyinin bəyanatında belə bir cümlə var: “Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur”.

Həmin məqaləni yazdıran sifarişçiyə Bakının elə bu təkzibi lazım idi. Yazıdakı tezislər təkzib edilməklə yanaşı Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafının labüd olduğu da vurğulanmalıydı. Çünki bir gün Türkiyənin həqiqətən Naxçıvanda hərbi bazası formalaşarsa ki, buna bizim tam haqqımız çatır, həmin məqalənin müəllifi deyəcək ki, bunu əvvəlcədən yazıb. Məqalə müəllifi yazıda bir neçə gün əvvəl Türkiyənin Bakıdakı səfirliyi qarşısında keçirilən mitinqdə səsləndirilən “Türkiyə ordusu Azərbaycanda qal!” şüarına istinad edib. Məqalə müəllifi şübhələnib ki, bu təşkil olunmuş mitinq idi. Bəli, Azərbaycan cəmiyyətində “Türkiyə ordusu Azərbaycanda qal!” istəyini dilə gətirənlər az deyil və bunu artıq gizlətmək mümkün deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket: Moskva Bakı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar