Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevə “hədiyyə” edilən milyonluq mənzilin fotoları

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı hər gün yeni məlumatlar ortaya çıxır. Və bu yayılan məlumatların heç biri onun xeyirinə deyil.

Məlum olur ki, PA rəhbəri olduğu zaman R. Mehdiyevə “hədiyyə” adı ilə - əslində isə rüşvət kimi çoxlu sayda daşınar və daşınmaz əmlak verilib. Hətta o bir çox tikinti şirkətlərində müəyyən paylara da sahib olub.

R. Mehdiyevə verilən həmin hədiyyə əmlaklardan biri ilə bağlı “Yeni Sabah” maraqlı məlumat əldə edib. Belə ki, 3 il bundan əvvəl Badamdar qəsəbəsində Botanika bağının yanında elit binada Mehdiyevə 400 kvadratmetr sahəsi olan mənzil hədiyyə edilib. Binanın 14-cü mərtəbəsində yerləşən bütün mənzillər birləşdirilərək bir ev halına gətirilib. Mənzildə 4 yataq otağı, bir böyük zal, iş otağı var. Mənzili Mehdiyevə tanınmış iş adamlarından biri hədiyyə edib.

Bu haqda saytımıza məlumat verən şəxs bildirir ki, həmin mənzilin hazırda bazar qiyməti 2 milyon manata yaxındır. O, təkcə parket işinə 100 min manatdan artıq pul xərcləndiyini iddia edir.

Mənzilin təmir işlərinə şəxsən R. Mehdiyev özü nəzarət etsə də, öz cibindən bir qəpik pul xərcləməyib. Mənzilə istifadə olunan bütün tikinti materialları və mebellər xaricdən gətirilib. Qısa müddətdə onun istədiyi kimi təmir olunan mənzil təxminən 3 il əvvəl Mehdiyevə təhvil verilib. Mehdiyev isə öz növbəsində həmin evi qızı Kamilə Mehdiyevaya bağışlayıb.

Aradan 3 il vaxt keçsə də, bu günə qədər həmin evin boş saxlandığı, heç kimin orada yaşamadığı bildirilir.

PİA.az mənzilin dizaynının fotolarını da təqdim edir. 400 kvadratmetrlik mənzilin ən xırda detallarına qədər məhz dizaynda nəzərdə tutulduğu kimi təmir olunduğu, mebellərlə təchiz edildiyi bildirilir.

pia.az

 

 


Etiket: Ramiz Mehdiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar