Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara və Afina arasında yol ölçən Berlin: Türkiyəyə verilən mesaj nə idi?

Ərgün Dilər

“Takvim”, 28.08. 2020

“Ərəb Baharı” əslində, Aralıq dənizi üçün atılan önəmli bir addım idi. Universitet tələbəsi Buəzizinin özünü yandırması da bugünkü gərginliyin əsas səbəbi hesab olunur. Ancaq həmin gün çox adam bunu fərqinə varmadı. Hadisəyə 2010-cu ildən baxdıqda, bunu görmək çətinləşir. Buna baxmayaraq, dünyanın mərkəzində yaranan çatları görə bilənlər Aralıq dənizinin öz yerini dünyanın mərkəzində tutacağını bilirdi.

Yunanıstan isə arxasında dayanan güclərə güvənərək, Türkiyə üçün problem yaratmağa davam edir. Görünür, bu əməlindən geri çəkilməyəcək. Beləliklə, təzyiq daha da artmış olacaq. Belə bir vaxtda Almaniya iki ölkə arasında vasitəçi rolunda çıxış etmək istəyir. Avropanın ən böyük gücü sayılan bu ölkənin yaşanan gərginliyin içində yer almaq istəməsi təəccüblü deyil. Axı, Almaniya böyük iqtisadiyyatı olan ölkə, böyük ağıl, böyük gücdür. İndi isə Afina-Ankara arasında yol ölçməyə başlayıb. Hətta Avropa İttifaqı müdafiə nazirlərini toplayıb və yığıncaqdakı müzakirədə mikrofon açıq qalıb…

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətinin nümayəndəsi Cozef Borrel Almaniya müdafiə naziri Kramp-Karrenbayerə Türkiyə-Yunanıstan arasında yaranmış gərginliyə işarə edərək, “Necə keçdi?” -deyə sual verib. Cavab maraqlı idi: “Yunan tərəfi ilə asan keçsə də, ancaq Türkiyə tərəfi ilə olduqca çətin oldu”.

İndi mövzunu daha da aydınlaşdıraq. Ancaq indidən yox, ən azı 10 il əvvəldən başlayaq. Anneqret Kramp-Karrenbayer 2019-cu ilin iyulunda Almaniyanın müdafiə naziri olanda, Berlinin dərin düşüncələrini masa ətrafında toplayıb. Kramp-Karrenbayer o iclasda çox əhəmiyyət verdiyi bir sənədi təqdim edib. “Deutsche Mittelmeer” (Alman Aralıq dənizi) – Kramp-Karrenbayer uzun illər işlədiyi, Almaniyanın xeyrinə olacağını düşündüyü bir layihə. Dünyada müstəqil söz sahibi olacaq Berlinin gizli kodları bu sənəddə idi.

“Deutsche Mittelmeer”, xüsusən yeni İpək Yolunun enerji mərkəzidir. Burada masaya böyük bir problem qoyulub. Həmin vaxtlar Almaniya və Türkiyə arasında gərginlik yaşanırdı. Bu gərginlik iyulun 15-dən sonra daha da artıb. Kəşfiyyat səviyyəsində də problemlər var idi, qarşılıqlı həbslər baş verirdi.

Ankara və Berlin ortaq məxrəcə gələ bilmirdilər. Ya Ankara dəyişməli idi, ya da Berlin. Üçüncü yol görsənmirdi. Türkiyəyə qarşı qurulmuş planda “’davam et” qərarı verilib. Bu plan Liviya düsturu idi. Həftər Liviyanı tamamilə tutmağı bacarsaydı, Almaniya ABŞ-la masanın ən böyük oyunçusu olacaqdı. Təhsildən xarici siyasətə qədər bütün hazırlıqlar tamamlanmışdı. Ancaq plan baş tutmayıb.

Xəlifə Həftərə güvənən Almaniya, bu düşüncə ilə idarə olunan türk hərbçiləri və Liviya ordusu qarşısında aciz vəziyyətə düşüb. Həftərin planı dağıldıqda, Almaniya da uduzub. Generalın Moskva və Berlin zirvələrindən qaçması və meydanda məğlub olması, Berlini çətin vəziyyətə salıb. Həftər vasitəsilə nəticə əldə etməyin çətin olduğunu görən Almaniya rəhbərliyi artıq Yunanıstan vasitəsilə plan hazırlayıb. Bu, Almaniyanın “B” planı sayılırdı. Ancaq Yunanıstan Liviyaya bənzəmirdi...

Həftər bir çox ölkə ilə münasibət qursa da, əmr aldığı iki ölkə var – ABŞ və Almaniya. Onunla işləyənlər və türk əsgərinə qarşı döyüşənlər Almaniyadan dəstək alıblar.

Maraqlıdır ki, bir dəfə Putin “Biz “Vaqneri” qurmadıq, buna görə də pul ödəmirik”, –demişdi. Halbuki Həftərlə Yunanıstan arasındakı fərqlər gözlə görüləcək qədər aydın idi. Yunanıstan Həftərə nisbətən daha çox ölkədən göstəriş alır. Əlbəttə, Almaniyanın təsiri Afinada çox hiss olunsa da, ABŞ, Fransa və İngiltərə Yunanıstanda istədiklərini edə bilər.

İndi Almaniya heç vaxt girmək istəmədiyi bir yolun ağına düşmək məcburiyyətində qalıb. Türkiyə ilə Aralıq dənizində razılıq əldə etmək istəyir. Bu, artıq Berlində çox müzakirə olunan mövzuya çevirilib. Ancaq Almaniyanın Türkiyə ilə Aralıq dənizində böyük ittifaq qurmağı elə də asan iş deyil. Çünki həm ABŞ, həm də İngiltərə buna qarşı çıxır. Almaniya isə bu ittifaqı qurmaqda inad edir. “Mikrofon böhranı” da belə şərh olunmalıdır.

Kramp-Karrenbayer ilə Aİ Xarici İşlər Nümayəndəsi Cozef Borrel arasındakı söhbət bilərəkdən sızdırılıb. Yəni mikrofon təsadüfən açıq qalmayıb. Almaniyanın bu davranışı Avropa İttifaqı xaricində Türkiyə ilə təmaslar qurmaq istəyindən xəbər verib. Bu, çox açıq mesaj idi. Sadə, lakin ağıllı bir tərzdə verilmişdi.

Kramp-Karrenbayer çox ağıllı şəxsdir. Çox güman ki, Merkelin yerini tutacaq. Bu iddiadan imtina etdiyi söylənsə də, yenə də ən güclü namizəddir. Nə qədər problem yaransa da, Merkeldən sonra Almaniyanın kanslerinin o olacağı dəqiqdir.

İndi Almaniya xüsusi bir komanda qurub. Aralıq dənizində çıxan neftdə Türkiyə ilə ortaq olmaq üçün bir çox güzəştə getməyə hazırdır. Əvvəl də qeyd etdiyim kimi, Almaniya Aralıq dənizində mövcud olmaq üçün bütün gücü ilə çalışacaq.

Çünki Almaniya Aralıq dənizinə girməyə məcburdur. Fransa, İtaliya, İspaniya, Yunanıstan, Malta, Liviya, Tunis, Mərakeş, Əlcəzair və Misir Almaniya ilə tərəfdaşlıq etməyib. Bu ölkələrlə ortaqlıq şansı heç yoxdur. Berlin hələ də bu ölkələrə daha yaxın olmaq üçün addımlar atsa da, qarşılıqsız qalıb. ABŞ-dan Çinə, Rusiyadan İngiltərəyə qədər bütün digər addımlartək.

Buna görə də, Aralıq dənizində ən böyük quru sərhədinə malik Türkiyə Almaniya üçün parlayan ulduz hesab olunur. Türkiyənin Aralıq dənizi ilə birlikdə ABŞ-dan tamamilə qopması üçün təkliflər hazırlanır. Çünki Almaniya bilir ki, Avropa İttifaqının mövcudluğu uzun sürmüyəcək. Covid-19-un aktiv olduğu günlərdə Avropa İttifaqı ölkələrinin bir-birlərinə necə düşmən kəsildiyini gördük.

Aralıq dənizindəki gərginliyin səbəbi budur. Çünki Avropa İttifaqı dağılanda, Aralıq dənizi bugünküdən 10 qat daha dəyərli olacaq. Aralıq dənizi bir çox ölkənin geosiyasi və geostrateji tədqiqatlarında birinci yerdədir. Bəli, Aralıq dənizinin altında trilyonlarla dollar dəyərində neft və təbii qaz var. Ancaq strateji baxımdan Aralıq dənizi daha böyük dəyərə sahibdir.

Burada bir çox məsələ günlük dəyərləndirildiyi üçün bir çox şəxs gələcəyi görməkdə çətinlik çəkir. Ancaq çalışın, Türkiyənin və dünyanın 2013-cü ildən sonra yaşadığı hadisələri izləyin. Bu dövr çox qarışıq keçib. Maraqlı sənədlər bir ucdan gəlib-gedib. Problemlər 15 iyul hadisəsinədək uzanıb.

Əgər coğrafiya qismətdirsə, Türkiyə çox gözəl günlərə yelkən açacaq. Çünki Aralıq dənizində, Yaxın Şərqdə, Avrasiyada Türkiyə olmaq çox çətindir. “Gezi” hadisələrinin arxasında belə Aralıq dənizi siyasətinin olduğunu yazıb, gənclərimizi xəbərdar edəndə, çox az insan bizi başa düşürdü. Hadisələri bütöv formada dəyərləndirə bilsək, çətinlik yaşamarıq.

Ancaq səhnə önünə çıxanlar və yayılan şüarlar yanlışdır. Pərdənin arxasına diqqət yetirin. Dəfələrlə qeyd etdiyim kimi, Türkiyənin kiminlə ittifaq quracağı gələcəyə uzanan yolun ilk və ən önəmli addımı olacaq. Gedən mübarizə budur. Daxili siyasətə də belə yanaşın.(Tərcümə Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar