Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Şahmat Olimpiadasında mübarizəni dayandırdı

Bu gün Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin oyunları keçirilib.

PİA.az-ın məlumatına görə, onlayn yarışda B qrupunu 14 xalla birinci pillədə başa vuran Azərbaycan millisi bu raundda Polşa ilə üz-üzə gəlib.

Yığma ilk dueldə rəqibinə 2:4 uduzsa da, ikinci qarşılaşmada hesabı bərabərləşdirə bilib.

Qalibi müəyyənləşdirmək üçün komandalar arasında "armageddon" oynanılıb.

Burada Günay Məmmədzadə Monika Soçko ilə qarşılaşıb və məğlub olub. Bununla da Azərbaycan olimpiadada mübarizəni dayandırıb.

Azərbaycan - Polşa 2:4

Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda 0:1

Rauf Məmmədov - Radoslav Voytaşek 0:1

Günay Məmmədzadə - Monika Soçko 0,5:0,5

Gülnar Məmmədova - Karina Sifka 0:1

Vüqar Əsədli - Şimon Qumularz 0,5:0,5

Xanım Balacayeva - Alisa Sviliçka 1:0

Azərbaycan - Polşa 4,5:1,5

Xanım Balacayeva - Alisa Sviliçka 0:1

Teymur Rəcəbov - Yan-Kşiştof Duda 0,5:0,5

Ülviyyə Fətəliyeva - Karina Sifka 1:0

Vüqar Əsədli - Şimon Qumularz 1:0

Rauf Məmmədov - Radoslav Voytaşek 1:0

Günay Məmmədzadə - Monika Soçko 1:0

 

"Armageddon"

Günay Məmmədzadə - Monika Soçko 0:1

 

1/4 final mərhələsinin digər görüşlərində Hindistan Ermənistanı, Rusiya Macarıstanı, ABŞ isə Ukraynanı məğlub edib.

Polşa yarımfinalda Hindistanla, Rusiya isə ABŞ-la qarşılaşacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında yarımfinal görüşləri avqustun 29-da, final isə avqustun 30-da gerçəkləşəcək.

Xatırladaq ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edir.

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar