Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi” Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib

Azərbaycanın ən titullu klubu “Neftçi” avrokubokların 2020/21 mövsümünə start verib.

PİA.az-ın məlumatına görə, Premyer Liqanın vitse-çempionu son illərdə olduğu kimi yenə Avropa Liqasında mübarizəyə qoşulub.

Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda I təsnifat mərhələsinin yeganə oyununu Bakıda Şimali Makedoniyanın “Şkupi” klubuna qarşı keçirib. Oyun praktikasını azlığından əziyyət çəkdiyi hiss olunan bakılılar kifayət qədər zəif rəqibin müqavimətini yalnız ikinci hissədə qırıb. Sabir Buqrinin cərimə meydanından kənardan endirdiyi zərbədən sonra top rəqibə çarparaq tora qovuşub. Görüşün sonlarında isə Anton Krivotsyuk fərqi iki topa çatdırıb. Uzatma dəqiqələrində qonaqlar təsəlli qoluna imza atsa da, bu, bakılıların qələbəsinə mane olmayıb.

“Neftçi” makedoniyalılar üzərində qələbə ilə II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Neftçi”nin növbəti rəqibləri avqustun 31-də və sentyabrın 1-də bəlli olacaq. Öncə II, ertəsi gün III təsnifat mərhələsinin püşkatması keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust
20:00. “Neftçi” (Azərbaycan) – “Şkupi” (Şimali Makedoniya) - 2:1
Qol: Sabir Buqrin, 66, Krivotsyuk, 88 - Darboe, 90+3
Qırmızı vərəqə: Qudiabi Omar, 70
Hakimlər: Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya)
“Neftçi”: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 2. Cabir Əmirli, 91. Tallison Dias, 36. Mamadu Kane, 8. Emin Mahmudov (k), 7. Namik Ələskərov, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 28. Stiven Jozef-Monroz
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 6. Vojislav Stankoviç, 10. Saman Nərimancahan, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli
Baş məşqçi: Füzuli Məmmədov
“Şkupi”: 1. Kristian Naumoski, 16. Besart Krivanyeva, 33. Lima da Silva Neto, 3. Darko Qlişiç, 22. Filip Qliqorov, 5. Diak Lamine, 21. Sabit Bilallı, 19. Qudiabi Omar, 10. Besar İseni (k), 11. İlired Ademi, 20. Dembo Darbo
Ehtiyat oyunçular: 12. Artan İlyazi, 4. Ardit İlyazi, 7. Yakub Berişa, 8. Fatyon Yusifi, 14. Alvares Rodriges, 23. Ramin Alii, 30. Fırat Güllü
Baş məşqçi: Vlatko Kolev
Bakı. “Bakcell Arena” (Apasport.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar