Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xan Lotu Qulini gözümün önündə güllələdilər” - Hadisənin yeganə şahidi

“Saat 21.00 radələrində Nadir Səlifov, mən və ona yaxın olan bir çox adamlar otelin restoranında idik. Çoxlu qonaqlar vardı. Heç bir şey təhlükə yox idil”.

Bunu haqqın.az-a avqustun 20-də Antalyadakı dəbdəbəli oteldə öldürülən Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın qohumu bildirib.

Həmin şəxs cinayətinin yeganə şahididir. Onun sözlərinə görə, tanınmış avtoritet onun gözü qarşısında güllələnib. Hadisə barədə danışan həmin şəxs deyib:

“Yeməyi bitirdikdən sonra Quli mühafizəçilərlə birlikdə oteldəki otağına getdi. Sonra restoranın VIP sektorunda kart oynamağı təklif etdi. Mən restorana enib onu gözlədim. Az sonra Quli gəldi. Onun xeyli mühafizəçisi var idi, amma hamısı silahsızdı və dəhlizdə idilər. Bu sektorda biz ikimiz qaldıq. Heç kim yox idi. Birdən Xan (Xaqan Zeynalov ) gəldi. Narahatlıq əlaməti yox idi. Xanən əlində bir çanta vardı. O, bizim stola yaxınlaşdı. Mənim ağlıma da gəlməzdi ki, o, tapançanı çantanın altında tutubl”.



Nadir Səlifovun qohumunun dediyinə görə, Lotu Quli və onun oturduğu masaya yaxınlaşan qatil birdən atəş açıb:

“O, Quliyə dörd dəfə atəş açdı. Bir güllə başında, ikincisi başının arxasında, ikisi də kürəyinə dəydi. Hər şey elə gözlənilməz və sürətlə baş verdi ki, gözlərimə inana bilmədim. Mənə elə gəldi ki, bütün bunlar gerçəkdə baş vermir. Ancaq Quli masaya yıxıldıl”.

Qohumunun dediyinə görə, Səlifov Beretta maraklı tapança ilə vurulub.

N.Səlifovun qohumu iddia edir ki, işini gördüyünə əmin olduqdan sonra Xaqan Zeynalov qaçmağa başlayıb:

“O, dəhlizə girib “Lota Quli vuruldu”, deyə qışqırmağa başladı. Bir neçə saniyə sonra təxminən on silahsız mühafizəçi otağa girdi. Mən yalnız Xan Əhmədlinskinin Qulini vurduğunu söyləyə bildim”.

N.Səlifovun qohumu Xaqan Zeynalovun qanun oğruların dairəsinə bir il əvvəl girdiyini və möcüzəvi şəkildə Lotu Qulinin etibarını qazanmağı bacardığını söylədi. “Şəxsən mən ondan şübhələndim. Quli kimi təcrübəli bir insanın ətrafına bir il əvvəl etibar etdiyi təsadüfi bir insanı necə qəbul etdiyi mənə aydın deyil”.

Haqqin.az-ın əldə etdiyi məlumata görə, Xaqan Zeynalov məşhur bakılı zərgəri Dayanət Zeynalovun oğludur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Ən çox oxunanalar