Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Evdə qal" - deyərək xalqa ağıl öyrədənlər indi rəngli bikinidə Antalyadan poz verirlər

Pandemiyaya yeni qədəm qoyduğumuz dövrdə Azərbaycanın şou adamları dəbdəbəli evlərində oturub xalqa ağıl öyrətdilər - "evdə qal, evdə qal" deyə... İndi də ölkənin müxtəlif yerlərində, Antalyada, Bodrumda çimərlik geyimlərini geyinib pozlar verirlər. Xoşlarını gəlməyən şərh yazan adamların abrını ətəyinə bükürlər. Ağıl öyrətdikləri xalq da bu şəkilləri, kef-damağı görüb daha da miskinləşir, aqressivləşir. O xalqın uşaqları da görür ki, yaşamaq üçün, adam kimi yaşamaq üçün məhz belə olmaq lazımdı. O uşaqalrın muzdlu işçi olan atası 5 manat pul qazanmaq üçün gedib, 100-200 manat cərimələnib qayıdanda, Antalyadakı rəngli bikinili xanımlar, əlbəttə, onlara daha cəlbedici görünəcək.

Hazırda sosial şəbəkələrdəki bəzək-düzəkli "bloggerlər", əyninə 3 paltar alıb reklam edə bilən bu xanımların, şou adamlarının yazıb-pozduqları, xidmət obyektləri, gözəllik mərkəzlərinin reklamlarının məzmunu, yazılma tərzi, savadsızlığın bariz nümunəsi olan və birbaşa evimizə, ailəmizə siraət edən bu paylaşımlar cəmiyyətə, xüsusilə yeniyetmə, gənc, hələ fikri formalaşmamış qızlarımıza nə aşılayır?

Deyir, beyin, savad, intellekt, dünyagörüşü, oxumaq, zəhmət çəkmək boş şeydir. Çox nadan və düşüncəsiz, qəddar şəkildə deyir ki, sənin körpəlikdən arzuladığın gəlinlik, saç düzümü bizdədir. Deyir ki, hər şey puldu, zahiri gözəllikdi, cəlbedicilikdi, şarmdı, ucuz populyarlıqdı, bahalı restorandı, zər-zibalı geyimlərdi, tüksüz bədəndi, boyalı dırnaqdı, şişirdilmiş dodaqdı, kəsilmiş burundu... qalan hər şey boşdu. Deyir, ana dilini bilmək də, bu dildə danışıb-yazmaq da bir şey deyil. Hansı dildə, hansı qaydalara söykənərək yazıldığını anlamadığımız bu mətnlər sanki planlaşdırılmış şəkildə qızların beynini yuyur. Onlara qarşı savaşmaq, qızlarımızı bu parıltının əlindən almaq o qədər çətindir ki... üstəlik, o qızları düşünən, can yandıran o qədər az adam var ki...

Amma bu duruma biganə yanaşmaq olmaz. Mütləq uşaqlarımızı beyninin gücünə, aydınlığa inandırmalıyıq. Bu boş parıltılara aldanmamlıdırlar.

Bu ölkənin böyüklü-kiçikli hər bir vətəndaşı görməlidir ki, bu xalqın təkcə çalıb-oynayanı, söyüş söyəni, şpaqat açanı yoxdur. Bu ölkənin düşünən, ağıllı fikirlər yürüdən, cəmiyyəti arxasıyca aydınlığa aparan, aparmaq istəyən, xilas etmək istəyən qadını, kişisi var. Ağzısöyüşlü yox, əli kitablı insanları var. Onlar görməlidir ki, bu ölkədə səviyyəsiz müğənnilər, şoumenlər yox, ziyalılar başda oturdulur, görməlidirlər ki, onlara ehtiram var, sayğı var. Onlara düşünən beyni, elmi, zəhməti qarşılığında dilənçi payı yox, haqq etdikləri qonorar, maaş verildiyini görməlidirlər, onlara inanmalıdırlar. Onların simasında elmin, təhsilin, kitabın, beynin gücünə inanmalıdırlar. Sonra gec olacaq, çox gec...

Əli bəy Hüseynzadənin dediyi kimi, çirkablara daş atılmalıdır, həm də doluncaya, yox edilincəyə qədər, mümkün qədər böyük daşlar atılmalıdır!

Gec olmadan...

Sevinc Fədai

pia.az


Etiket: Sevinc Fədai


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Ən çox oxunanalar