Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan erməniyə qarşı: iki kloun didişir...

""Russiya Today"ın baş redaktoru Marqarita Sitmonyanın Ermənistan-Rusiya münasibətləri barədə açıqlaması Ermənistanda və ermənilər arasında kəskin narazılıqla qarşılanıb, narazılıq yaradıb". Ermənistanın baş naziri Nikol Paşinya Rusiyanın RBK telekanalına verdiyi müsahibəsinldə belə etirafda bulunub.

Xatırladaq ki, iyulun 18-də Marqarita Simonyan özünün Telegram kanalında Ermənistanın hakimiyyət dairələrinə müraciət yaydı.

"Rusiyadan uzun illər boyu aldığınız şəfqət və müdafiənin əvəzində siz Krımı tanımadınız. Çünki bu, sən demə, Ermənistanın daxili işi imiş. Sırf siyasi qisas məqsədilə Robert Köçəryanı, Rusiyanın daimi müttəfiqini həbs etdiniz. Ölkəni anti-Rusiya meylli QHT-lərlə doldurlunuz və onlar da gənclərə Rusiyada hakimiyyəti devirməyin yollarını öyrədirlər. Qafqazda Rusiya əleyhinə qüvvələrin plasdarmına döndünüz. Mövqeyimi bildirməyə məni Ermənistanın hakimiyyət dairələrinin sosial şəbəkələrdəki "qoşunları" vadar etdi. Etdikləriniz bu əməllərdən sonra Rusiyanın sizə tüpürməyə və basdalayıb məhv etməyə tam haqqı var", - Marqarita Simonyan yazmışdı.

Paşinyan da müsahibəsində Simonyana cavab verməyə çalışıb.

"Ermənistan hələ Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu, Dağlıq Qarabağı müdafiə etməməyimiz anlamına gəlir? Yox. ErmənistanDağlıq Qarabağ vahid təhlükəsizlik məkanıdır", - Ermənistanın baş naziri deyib.

Sabiq prezident, 2008-ci ildə konstitusion düzəni pozmağa cəhddə suçlanan (xatırladaq ki, 2008-ci ilin martında prezident seçkilərinin nəticələrinə etiraz edərək İrəvan küçələrinə çıxmış ermənilərin aksiyasının dağıdılması zamanı 10 nəfər həlak olmuşdu) Robert Köçəryanın həbsinə gəldikdə isə, Paşinyan hesab edir ki, "hansısa bu və digər siyasətçilər yox, Ermənistan xalqı Rusiyanın müttəfiqidir": "Rusiyada anlamalıdırlar ki, Rusiyanın Ermənistandakı müttəfiqi Paşinyan, Petrosyan, Poqosyan, Sarqsyan və ya Köçəryan deyil. Müttəfiq və tərəfdaş erməni xalqıdır. Bu, çox mühüm nüansdır".

QHT-lərə gəldikdə isə, Paşinyanın sözlərinə görə, həmin strukturlar elə Robert Köçəryan, sonra da Serj Sarqsyan prezident olduqları dönəmlərdə yaradılıb: "O qeyri-hökumət təşkilatları belə anti-Rusiya təmayüllü idilərsə, Köçəryanla Sarqsyan niyə onları qapatmırdılar?"

Daha sonra o, həmişəki kimi, əsl absurda qapılıb.

"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda qarabağlı erməniləri Ermənistanın təmsil etməsini tələb edən Azərbaycan, əslində, bununla vurğulayır ki, Dağlıq Qarabağ Ermənistanın bir hissəsidir. Belə deyilsə, danışıqlarda qarabağlı erməniləri niyə Ermənistanın baş naziri təmsil etməlidir. Dünya birliyi də Dağlıq Qarabağı Ermənistanın bir hissəsi sayır. Belədirsə, gəlin vəziyyəti konstatasiya edək və irəli gedək",- Paşinyan deyib.

Nikol Paşinyanın bu açqılaması əsl siyasi bisavadlıq, hətta debilizm nümunəsidir.

Əvvəla, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın tutduğu mövqe birdir və əsla dəyişməyib: Ermənistan işğal etdiyi ərazilərdən qoşunlarını qeyd-şərtsiz çıxarmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bunu tələb edir.

Nikol Paşinyan, deyəsən, "Ermənistan-Azərbaycan münaqişəsi" ifadəsinin mənasını anlamır. Anlamırsa, anladaq: bu münaqişə işğalçı Ermənistanla işğala uğramış Azərbaycan arasındadır. Yəni özünü siyasətçi və ağıllı taktik, habelə bacarıqlı strateq sayan Paşinyanın dediyinin tam əksinə olaraq, danışıqlarda hansısa üçüncü tərəfi ehtiva etmir.

Yox əgər Paşiyan danışıqlarda qarabağlı ermənilərin tərəf kimi təmsil olunmasını istəyirsə, onda avtomatik və aprior olaraq prosesə Dağlıq Qarabatın azərbaycanlı icması da tərəf qismində qatılmalıdır. Siyasi məntiq, diplomatiyanın qanunları və s. bunu ehtiva, habelə tələb edir.

Və ən nəhayət, Nikol Paşinyanın istinad etdiyi dünya birliyi Dağlıq Qarabağ ermənilərinin yox, Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıyır. Dağlıq Qarabağı Azərbaycan ərazisi saymaqla.

Qarabağlı ermənilərin "müstəqilliyi"ni isə BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistan tanımayıb. Üstəlik, işğal başlayandan bəri heç bir ölkə (!) Dağlıq Qarabağda və Azərbaycanın erməni istilasında olan digər ərazilərində keçirilmiş hər hansı "seçki" şousunu da tanımayıb.

RT-nin baş redaktoru, Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən isterik Marqarita Simonyanın Ermənistanın hakimiyyət dairələrinə müraciəti, təbii ki, könüllü və özbaşına qəbul edilmiş qərar deyildi. Həya baxımından ciddi problemləri olan Simonyanın müraciəti, əslində, Rusiya-Ermənistan münasibətlərindəki çox ciddi problemləri pərdələmək, ört-basdır etmək cəhdidir.

Nikol Paşinyana gəldikdə isə, marazma və paroksizmə qapılan bu imbesil artıq ciddi qayğılandırır bizi. Çünki bir ölkənin ki, baş naziri "Dağlıq Qarabağın Ermənistan olduğunu Azərbaycan da konstatasiya edir" kimi sarsaq ifadə söyləsin, ondan məntiqli, praqmat açıqlama gözləmək əbəsdir.

Bu başabəla "baş nazir" qavramır ki, Azərbaycanın dövlət başçısının onunla danışıqlar masasının arxasına əyləşməsinin yeganə səbəbi Paşinyanın işğalçı Ermənistan rejimini təmsil etməsdir.

Həyasız Simonyanla debil Paşinyanın "savaşı" hələ davam edir. Çox iyrənc mənzərədir, çünki əsl siyasi sirk-şapitodur.

Ermənistanın baş naziri kimi, onun Rusiyadakı əsas lobbiçilərindən birində çox ciddi şüur, dərketmə, qavrama və əxlaq problemləri var.

(Elçin Alıoğlu, Milli.Az)

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

May ayında qarın yağması nəyin xəbərçisidir?

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Ən çox oxunanalar