Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Aya Sofiya addımı hansı planla bağlıdır? - Atatürkün qurucu prinsipləri silinə bilərmi?..

Semuel Hantinqton 1996-cı ildə “Sivilizasiyaların toqquşması” adlı kitabında qeyd etmişdi: “Türkiyə Atatürkün irsini şüurlu şəkildə rədd etməli və özünü bir İslam lideri kimi yenidən təyin etməlidir”...

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 20 iyul 2020-ci il

Son vaxtlarda Aya Sofiya məscidinin ibadətə açılması gündəmə gəlmişdi. Məsələ təkcə hakim partiyanın səs itirməsi və bunu bərpa etmək istəməsi ilə əlaqədar deyil.

Problem “Böyük Yaxın Şərq Layihəsi” (BYŞL) çərçivəsində Türkiyəyə verilən rolla bağlıdır. Çingiz Özakıncı Şahin Alpayın Hantinqtondan aldığı və “Milliyet” qəzetində dərc edilmiş bir müsahibəni xatırladıb. Hantinqton həmin reportajda “Türkiyə İslam dünyasının lideri olmalıdır”, deyə qeyd etmişdi.

ABŞ üçün strategiya hazırlayan Semuel Hantinqton 1996-cı ildə “Sivilizasiyaların toqquşması” adlı kitabında qeyd etmişdi: “Türkiyə özünü dünyəvi bir ölkə kimi təqdim etdiyi müddətcə İslam mədəniyyətinin lideri ola bilməz. Buna görə də Türkiyə tezliklə Atatürkdən və Atatürkün dünyəvilik tərifindən uzaqlaşmalıdır. Türkiyə Atatürkün irsini şüurlu şəkildə rədd etməli və özünü bir İslam lideri kimi yenidən təyin etməlidir”.

Hantinqtonun fikrincə: “Belə bir addım üçün Türkiyənin həm də Atatürk səviyyəsində olan, Türkiyəni bölünmüş bir ölkə olmaqdan çıxarıb, mərkəzi bir dövlətə çevirə biləcək, siyasi və dini legitimliyi özündə cəmləşdirən bir liderə ehtiyacı var”.

Məhz bu fikirlərə görə 15 iyul 2016-cı il tarixindən sonra iqtidarın düşüncə sistemini təmsil edənlər “yeni bir dövlət qururuq”, kimi iddia ortaya atıblar.

Bu düşüncəyə görə, Aya Sofiyanın ibadətə açılması Türkiyənin “Qərbyönümlü İslam dövləti” ola bilməsi üçün vacib bir addımdır, çünki Aya Sofiya yeni rejimə siyasi və dini legitimlik təmin edən bir vasitədir.

Hantinqton və ardıcıllarına görə, “Türkiyəyə qalib gəlmək” üçün Türkiyəni Atatürk xəttindən çıxarmaq mütləqdir. Halbuki 20-ci əsrin əvvəllərində İslam dünyasını “mülayim bir xilafət çətiri altında” və “4-lü konfederasiya modeli” ilə idarə etmək ingilis kəşfiyyatının strategiyası idi. Bu layihəyə isə Çanaqqalada zərbə vuruldu. Türkiyə Cümhuriyyətinin qurulması ilə layihə 100 il təxirə salındı.

Bəs mövcud layihənin uğur qazanmaq şansı varmı?

Məsələn, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres yeni növ koronavirus pandemiyasının bəşəriyyətə diz çökdürdüyünü deyib və ABŞ, Rusiya, Çin, İngiltərə və Fransanın Təhlükəsizlik Şurasının daimi üzvləri olduğunu xatırladaraq “bərabərsizlik ən yuxarıdan başlayır” deyə əlavə edib. Quterres Suriya müharibəsi kimi bir çox məsələ ilə bağlı qərarların bloklandığını və bu ölkələrin iradəsi olmadan qərarın qəbul edilə bilməyəcəyini bildirib. Quterres nüfuz, sərvət və imkanları dünya miqyasında daha ədalətli şəkildə paylamaq üçün yeni bir qlobal sazişə ehtiyac olduğunu bildirib.

İndi böyük güclərin çıxılmaz vəziyyətdə qaldığı bir mühitdəyik. Bu halda Türkiyənin ən böyük gücü Atatürkün qazandırdığı milli şüurdur. Bu səbəbdən, Atatürkün qurucu prinsiplərini yıxmağa çalışmaq türk millətini məhv etməyə bərabərdir.

Qurultaydan əvvəl “Cumhuriyyet” üçün bir yazı qələmə alan CHP lideri Kamal Kılıçdaroğlu məsələnin qlobal iqtisadi ölçülərinə toxunub və “Təxminən 90 ilə yaxın bir tarixi və təcrübəsi olan dövlətçiliyin Sosial Dövlət Şərtləri hədəfi ilə yenidən müəyyənləşdirilməsi olduqca zəruridir”, deyib.

Bu, qlobal bir model ola bilər. CHP və İYİ Partiyadan gözlənilən şey iqtisadi həll ilə birlikdə, Hantinqton əməliyyatına da qarşı çıxaraq, qlobal miqyasda Türkiyənin islam dünyasındakı liderliyinin siyasi həll yollarını tapmaqdır. Çünki qlobal həlli tapmadan, milli həll yolu tapmaq mümkün deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ən çox oxunanalar