Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Simonyan Paşinyanı biabır etdi  

Tanınmış rusiyalı jurnalist və "Russia Today" telekanalının direktoru Marqarita Simonyan Ermənistan hakimiyyətinə qarşı kəskin tənqidlərlə gündəmə gəlib.

Virtualaz.org bildirir ki, M.Simonyan qəzəbli postunu “Facebook” sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.

“Sizin internet qoşunlarınız mənim sosial şəbəkələrimi mövqemi bildirmək tələbi ilə (lovğa və aqressiv şəkildə) peyinlə doldurublar. Xahiş etdilər - bildirirəm: Özünüzə kənardan baxın. Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız? Siz necə ermənisiniz?

Rusiyadan uzun illər gördüyünüz xeyirxahlığa və müdafiəyə cavab olaraq Krımı tanımadınız. Çünki bu, Ermənistanın daxili işidir.

Sırf siyasi qisas xatirinə Rusiyanın daimi müttəfiqi olan Robert Köçəryanı həbs etdiniz. Məqsədli, nümayişkəranə şəkildə həbs etdiniz, birbaşa öz rus dostlarınızın üzünə tüpürərək. Çünki bu, Ermənistanın daxili işidir.

Siz ölkəni Rusiyada hökuməti necə devirəcəyinizi öyrətdiyiniz anti-Rusiya QHT-ləri ilə doldurdunuz. Siz Qafqazdakı anti-Rusiya qüvvələrinin tramplininə çevrilmisiniz. Çünki bu, Ermənistanın daxili işidir.

Siz rusiyalı erməni iş adamlarını qovdunuz. Siz Rusiya ilə əlaqəli heç bir şey istəmirsiniz. Çünki bu, Ermənistanın daxili işidir.

Media və sosial şəbəkələriniz Rusiyaya, Putinə, Putini dəstəkləyən hər kəsə, xüsusən də Rusiya ermənilərinə (məsələn, mənə) çirkab atırlar. Siz uğursuz və yoxa çıxan erməni xalqını düşmənlərə - rus ermənilərinə və "həqiqi" insanlara - bir anlıq hakimiyyətinizi dəstəkləyənlərə bölmüsünüz. Çünki bu, Ermənistanın daxili işidir.

İndi, sərhədinizdə müharibə olanda, rejiminizin mövcudluğu təhlükə altına düşəndə xatırladınız ki, Rusiya sizi yenidən xilas etməlidir. Bəyəm bu, Ermənistanın daxili işi deyilmi?

Son illər Rusiyaya qarşı bəslədiyiniz bütün şərlərdən və xirtdəyə çatan hörmətsizliklərdən sonra informasiya cəbhəniz və özünüz hesab edirsiniz ki, kömək gözləməyə haqqınız var?

Əslində, etdiklərinizin hamısından sonra Rusiyanın sizə tüpürmək və sizi əzmək üçün tam mənəvi haqqı var. Ancaq o bunu etməz. Mən əminəm. Bu dəfə də kömək edəcək", - deyə Marqarita Simonyan yazıb.

pia.az 

Fotolar




Etiket: Simonyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Ən çox oxunanalar