Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM rəsmisi imtahansız attestat alınması məsələsinə aydınlıq gətirdi

İmtahansız attestat almaq hər kəsə şamil olunmur...

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə məlumat yayıldı ki, vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb. Bu məsələ birmənalı qarşılanmayıb.

Məsələ barədə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Oxu.Az-a açıqlamasında bildirib ki, attestatı yalnız xaricdə təhsil almaq istəyən şəxslər əldə edə biləcək:

“İmtahansız attestat almaq hər kəsə şamil olunmur. Xaricdə yerləşən ali təhsil müəssisəsinə müraciət etmək istəyənlərə imtahanda iştirak etmədən məzunu olduğu məktəb tərəfindən attestatları təqdim edilir.

Bəzi xarici universitetlərdə qeydiyyat tarixi başa çatmaq üzrədir. Bu hal nəzərə alınaraq, onların imtahan vermədən attestat almasına qərarı verilib”.

pia.az


Etiket: DİM


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar